main-post-cover

    Smart Case Battery yenilənib. Yeniliklər nələrdir?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 7-nin satışa çıxmasından sonra "Apple” şirkəti özünün istehsalı batareya keysini yenilədi.

    Keysin yeni versiyası heçdə pis alınmayıb. Belə ki, yeni versiya 26% daha çox enerji tutumuna sahibdir. Dəqiq desək keys öz köhnə ölçülərini qoruyaraq enerji tutumunu 1877 mAh-dan 2365 mAh-a yüksəldib. Maraqlısı ondadır ki, şirkət yeni keysi sadəcə smartfonun enerjisi bitən zaman istifadəsi üçün nəzərdə tutulmuş bir cihaz kimi deyil, gün ərzində smartfonunuzu əlaqədə saxlayacaq güclü bir keys kimi qələmə verir. iPhone 7-nin də batareyasının həcm tutumu yüksək olduğundan şirkət bildirib ki, yeni versiya keys ilə birlikdə istifadəçilər 26 saat ərzində telefonla danışa və LTE şəbəkə vasitəsilə 22 saat internetdə ola biləcəklər. Yeni enerji keysinin tam olaraq enerji yığması üçün 1 saat vaxt lazımdır. Əgər keys iPhone 7 ilə birlikdə enerji yığsa onda ilk öncə smartfonun batareyası daha sonra isə keysin özü enerji yığmağa başlayacaq. İstifadə zamanı isə ilk öncə keysin daha sonra smartfonun batareyasındakı enerji sərf olunur. Smart Case Battery-ni artıq şirkətin internet mağazasından 99$ qiymətinə almaq olar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər