main-post-cover

    Smartfon istifadə edərkən duruşunuz necə olmalıdır?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Texnologiya əsrinə girdiyimizdən bəri bəzi problemlər yaşayırıq ki bunlardan da biri bel əyriliyidir. Smartfonların da həyatımıza yerləşməsinin ardından, duruş səhvlikləri ilə bağlı bel ağrılarını daha çox hiss edirik. Bəs necə durmaq daha faydalıdır?


    Araşdırmalar, insanın duruşundakı səhvlərin onun emosional görüşünə də zərər verdiyi göstərir. Bir çox insan, duruş pozğunluqlarından ötəri kliniki depressiya ilə mübarizə aparır. Əvvəllər yaşlı insanlar onurğa problemləri tez-tez görünürdüsə, son vaxtlarda bu problemin yaş aralığı da gənc nəsillərə qədər enmiş vəziyyətdədir. Bu problemin ən böyük göstəriciləri, əyilmiş boyun, çökmüş çiyinlər və qarına doğru çəkilən qollardır
    İşləyərkən düzgün dayanmağın məhsuldarlığınızı artıracağını da qeyd edək.

    Bu problemləri azaltmaq üçün aşağıdakı beş addımı izləyə bilərsiniz :

    1. Başınızı yavaşca sağa və sola çevirərək əzələlərini yumşaldın
    2. Çiyinlərinizə, boynunuzun yanındakı əzələlərə və onurğa sümüyü bölgənizə masaj edin
    3. Koridorda dayanın, qollarınızı gərin və döş qəfəsinizi geriyə doğru yüngülcə əyin. Bu əzələlərinizin rahatlanmasına kömək edəcək.
    4. Əgər smartfonunuzu 10 dəqiqədən çox bir müddətdir istifadə edirsinizsə, əlinizi çənənizə dayayın və boynunuzu geriyə doğru itələyərək bel sümüklərinizə doğru yavaşca irəlilədin. Bu məşqi bir neçə dəfə 10 saniyəliyinə davam etdirin
    5. Ağıllı telefonunuzu istifadə edərkən düzgün istifadə duruşuna gəlməyi xatırlamağa çalışın.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər