Smartfonların ucbatından qanunla problem yaşayacağınız 5 hal

678

Smartfon müasir insan həyatının ayrılmaz bir hissəsidir. Demək olar ki, planet əhaləsinin yarısı bir gün olsun belə smartfonlarsız keçinə bilməz. Lakin bəzən bu "ağıllı” cihazlar istifadəçiləri qanuni problemlər ilə qarşı-qarşıya qoya bilərlər. Sizlərə smartfonun 5 halda qanuni problemin yaşadacağı siyahını təqdim edirik.

Smartfonunuz partlama təhlükəsi yaradarsa

Partlama təhlükəsi ilə qarşı-qarşıya gəlmiş Galaxy Note 7 smartfonlarından artıq hamının xəbəri var. Bir müddət bundan öncə "Samsung” şirkəti bu model telefonun satışından imtina etdi və göndərdiyi bütün tiraj cihazları geri çağırdı. Beynəlxalq aviaşirkətlər hələ cihazın ilk partlama xəbərələrindən sonra istifadəçilərə xəbərdarlıq etmişdilər. Lakin indi bu model smartfonların hamısının təhlükəli olduğunu "Samsung” bildirəndən sonra aviaşirkətlər ümumiyyətlə smartfonu təyyarəyə daxil etməyə qadağa qoymuşdur. Bu gündən smartfonu təyyarəyə daxil edən hər bir şəxs cinayət məsuliyyəti daşıyacaq.

Sükan arxasında olarkən

Smartfonla bağlı qanuni problemin yaşanmasının ən sadə yolu sükan arxasında olan zaman telefonla danışmaq və ya yazışmaqdır. Demək olar ki, yol hərəkəti qaydalarının olduğu hər bir dövlətdə sürücü bütün diqqətini yola ayırmalıdır. Mobil telefondan isə yalnız xüsusi aksessuarlar və ya səsgücləndirici vasitəsilə istifadə etmək olar. ABŞ-ın bir sıra ştatlarında bu barədə hətta daha sərt qanunlar var. Məsələn oralarda 18 yaşına çatmamış şəxs yalnız o halda avtomobili idarə edə bilər ki, onun mobil telefonu sönülü vəziyyətdə olsun.

Smartfonun sizi lazım olmayan yerə gətirdiyi halda

Smartfon sözün əsl mənasında öz istifadəçisinin başına bir xeyli bəla aça bilər. Əsasən bu problem Pokemon GO oyununun işıq üzü görməsi ilə daha da aydınlandı. Məsələn ABŞ-da pokemon ovuna çıxaraq digər insanların mülklərinə icazəsiz daxil olmuş bir sıra şəxslər polis tərəfindən qanuna cəlb olunmuşdular. Rusiyada isə bir videoblogger kilsədə pokemon ovladığı üçün həbs edilmişdir. Pokemon GO yalnız başlanğıcdır. Tamamlanmış reallığı özündə əks etdirən bu cür oyunlar gələcəkdə daha çox olacaq. Buna görə də qanunla bağlı problemlər getdikcə artacaq.

Foto çəkən zaman

Küçədə tanımadığınız şəxsin fotosunu çəkmək çox zaman heçdə yaxşı fikir deyil. Bir çox insanlar onları çəkdiyinizdən məmnun olmaya bilərlər. Bir çox hallarda bu, şəxsi həyata qarışmaq kimi qəbul oluna bilər. Əgər istəsəniz bu baxımdan fotoqraflara qarşı açılmış bir çox məhkəmə proseslərini axtarıb tapa bilərsiniz. Məhz buna görə həmişə səyahət etdiyiniz ölkənin qanunvericiliyi ilə tanış olmalısınız.

Smartfonunuz hədələyici görünürsə

Smartfonlar üçün aksessuarlar çox zaman nəinki faydalı, həmçinin absurd görünürlər. Məsələn smartfon üçün bəlkədə alına bilinəcək ən xoşagəlməz aksessuar tapançaya bənzər keys ola bilər. Təbii ki, bu cür keysə görə polislər sizi həbsxanaya göndərməyəcəklər. Lakin sizə atəş açmağa hüquqi əsasları var. Bu cür mövzularda olmuş hadisələrlə bağlı bu tərz aksessuarların ABŞ-da satışına qadağa belə qoyulmuşdur.