main-post-cover

    Smartfonunun zəmanət şərtləri yerinə yetirilmədiyi üçün avtomobili ilə mağazanı dağıtdı (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ-da qeyri-adi bir hadisə baş verib.

    Belə ki, ABŞ vətəndaşı olan bir qadın öz avtomobili ilə T-Mobile mağazasını dağıdıb. Bunun səbəbi isə mağazanın, həmin qadının zədələnmiş iPhone modelini dəyişdirməkdən imtinası olub. Hadisə, Florida ştatında baş verib. 26 yaşlı ABŞ vətəndaşı olan qadın, T-Mobile mobil operatorunun mağazasına gəlib və öz smartfonunu satıcıya təqdim edib. iPhone, zəmanətdə olduğu üçün qadın onu dəyişdirməyi tələb edib. Şirkət təmsilçisi isə cihazı incələyərək smartfon zədəsinin zəmanətə uyğun olmadığı qənaətinə gəlib. Zəmanət vaxtı keçməsə də zədələnmiş smartfon dəyişilməyib. Təmsilçinin, smartfonun dəyişilməsi barəsində imtina etməsindən sonra qadın hirslənib. O bildirib ki, şirkət, onun ad günündə ona güzəştə getməli və keyfiyyətli xidmət təqdim etməlidir. Növbəti imtinanı aldıqdan sonra qadın mağazadan çıxaraq öz avtomobilinə oturub olub və onunla mağazaya daxil olaraq onu dağıdıb. Kənarda olan insanlar isə baş verən hadisələri anbaan telefon kameralarına çəkiblər. Hadisə yerinə gəlmiş polislər qadını tutublar. T-Mobile-ın işçisi qeyd edib ki, qadını bu hərəkəti etməsinə onun ya içkili yadaki narkotik vasitələrin təsiri altında olması vadar edib. Qadını 300.000$ dəyərində cərimə gözləyir.
     
    Linki kopyala