main-post-cover

    Snapchat 40 milyon dollara yeni şirkət aldı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Snapchat hər keçən gün yeniliklər etməkdə davam edir. Snapchat öz yerini Facebook və onun sahib olduğu sosial şəbəkələrə verməməkdə iddialıdır.

    Buna görə də Snapchat sosial mediadan əlavə başqa sahələrə də yatırım etməkdə davam edir. Belə şirkətlərdən biri də artırılmış reallıqla məşğul olan şirkətdir.
    Bildiyiniz kimi Snapchat bir müddət əvvəl özünün təqdim etdiyi eynəklərlə diqqətləri öz üzərinə çəkmişdi. Amma belə görünür ki, şirkət sadəcə bununla kifayətlənmək niyyətində deyil. Snapchat İsrailə məxsus artırılmış reallıqla məşğul olan yeni bir şirkət alıb.
     
    Cimagine adlı bu şirkət üçün Snapchat 40 milyon dollar ödəyib. Belə güman olunur ki, gələcəkdə Snapchat öz eynəklərinə bu şirkətin köməkliyi ilə yeni xüsusiyyətlər qazandıracaq.
    Qeyd edək ki, Snapchat-ın aldığı Cimagine şirkəti, mobil cihazlar üzərindən, ev əşyalarının virtual olaraq yerini dəyişməyə imkan verən tətbiq təqdim edirdi.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər