Snapchat-da üzlə idarəolunan oyun təqdim olundu

08.05.2017 0 PAYLAŞIM 5285 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Snapchat developerləri servisdə, üzlə idarəolunan Santa’s Helper adlı oyunu təqdim ediblər.

Oyunçular bu oyunda qarlı yamacdan sürüşən elf rolunda çıxış edirlər. Santanın köməkçisi olan elf, oyunçunun üzünü əks etdirərək qarlı yamacdan sürüşərək müxtəlif hədiyyələr yığmalıdır. Bununla yanaşı həmin elf, onu yolundan etməyə çalışan dovşanlardan yayınmalıdır. Elfi idarə etmək üçün istifadəçi öz üzünü sola-sağa hərəkət etdirməlidir. Tətbiq, istifadəçinin gözlərinin vəziyyətini smartfonun ön kamerası vasitəsilə tanıyır. Beləliklə elfin hərəkət istiqaməti dəyişir. Snapchat-ın nümayəndələri bildiriblər ki, oyun sadəcə olaraq istifadəçilərə təqdim olunmuş bayramqabağı bir sürprizdir və onların gələcəkdə oyun layihələri yaratmaq kimi planları yoxdur.