main-post-cover

    Snapchat-dan 1 Apreldə Instagram-a əjdaha zarafat

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook Hekayələr, Messenger Hekayələr, Instagram Hekayələr və bir də WhatsApp-a gələn hekayəli statuslar, bütün sosial mediada Facebook-un Snapchatı məhv etmək üçün istifadə etdiyi bir taktika olaraq gündəmə gəldi.

    Beləki Facebook, Snapchat ilə məşhurlaşan xüsusiyyətləri eynilə kopyalamaqda heç bir problem görmür. Xüsusilə Facebook-un bundan bir neçə il əvvəl Snapchatı satın almağa çalışdığını nəzərə alsaq, "Facebook satın almaqdan ümidini üzüb Snapchat-ı kopyalamağa qərar verib” deyə bilərik.
    Snapchat tətbiqinin sahibi Snap şirkəti, Facebookun bu aqressiv xüsusiyyət kopyalamaq taktikasına qarşı səssizliyini qoruyur. Hüquqi olaraq hərhansı bir qarşıdurma olub-olmayacağını hələki bilmirik. Ancaq dünən yəni 1 Aprel "Gülüş Günü”tarixində Snapchat-a əlavə edilən yeni bir filter, şirkətin bu mövzuda çox da səssiz qalmadığını gözlər önünə sərdi. Facebook-a 1 Aprel zarafatı ilə söz atan Snapchat, istifadəçilərin üzündə təbəssüm yaratmağı da bacardı.
    Məsələ burasındadır ki, dünən Snapchat-a əlavə edilmiş bir filter, eynilə Instagram paylaşım bölməsini xatırladır.
     
    Sizə də tanış gəldi? Bugünə qədər Snapchat-ın xüsusiyyətlərini oğurlayan Instagram-a bu yolla daş atan Snapchat, Facebook-un sahibi olduğu bu sosial media nəhənginə çox maraqlı bir göndərmə etdi.
    1 Aprel-dən sonra Filter də silindi.
    Sadəcə 1 Aprel-ə özəl olan bu filter, 1 Aprel-in sonlanması ilə birlikdə silindi. Zamanında bu filteri istifadə etməyi bacaran şanslı insanlar Snapchat-ın Facebook-a və Instagram-a etdiyi bu gözəl zarafata da şahidlik edə bildilər.


    Linki kopyala