main-post-cover

    Snapchat, dron istehsal edir

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Snapchat messencerinin sahibi "Snap” şirkəti, kameralı dron üzərində çalışır.

    Sözügedən dron Snapchat üçün foto və video hazırlanmasına kömək etməlidir. Şirkətin, dronu kütləvi istehsala çıxardacağı isə hələki bilinmir. Layihənin digər detalları da gizli olaraq qalır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət öz adını Snap-a dəyişmişdi. Beləliklə o özünü təkcə messencer ilə deyil, həmdə müasir kameraların istifadəsi üçün müəyyən həll yollarının yaradılması ilə məşğul olan şirkət kimi təqdim edir. Şirkətin ilk belə məhsulu isə kamera ilə təchiz olunmuş Spectacles eynəkləri olmuşdur. Həmin eynəklər keçən ilin Noyar ayında satışa çıxmışdı. Spectacles vasitəsilə foto və video yaradaraq Snapchat-a göndərmək mümkündür. Dron istehsalı haqqında xəbərin yayılması, şirkətin yaxın gələcəkdə hansı tərz məhsulları çıxartması barədə təsəvvürləri yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər