"Snapchat" etdiyi yeniliklərlə meydanı "Facebook"a buraxmayacağını bildirir

295

Bir müddətdir sosial media aləminin ən çox danışılan tətbiqlərindən olan Snapchat, yeni xüsusiyyətləri ilə bərabər reklam tətbiqinə də start verməyi planlaşdırır.

Gündə 100 milyondan çox insanın istifadə etdiyi Snapchat, xüsusilə reklam verənlər üçün daha əlverişli ola bilər. Facebook-un son həmləsindən sonra Snapchat meydanı boş buraxmayacağını göstərməkdə davam edir.

Müştəri məmnuniyyətini öndə tutan şirkət snapların avtomatik izlənmə rejimini aradan qaldırmaq qərarına gəlib. Belə ki, bir müddət əvvəl yenilənmə ilə birgə gələn avtomatik izləmə rejimi haqlı olaraq istifadəçilərin narazılığına səbəb olmuşdu. Narazılıqları nəzərə alan Snapchat şirkəti, bu xüsusiyyəti qaldırıb və yerini başqa bir yeniliklə əvəz edib. Artıq Snapchat-da sadəcə snaplarını ard-arda izləmək istədiyiniz şəxsləri seçərək izləyə bilərsiniz. Yəni bir növ playlist düzəldərək, istəmədiyiniz insanları izləməyə bilərsiniz.


Hazırlaşın reklamlar gəlir.

Artıq müəyyən bir kütlə əldə etməyi bacaran şirkət, iqtisadi tərəfini də möhkəmləndirmək üçün addımlar atmaq qərarına gəlib. Yenilənmə ilə birlikdə Snapchat-da düzəltdiyiniz izləmə listinin arasında reklamlar yer alacaq. Əgər mənim düzəltmək istədiyim playlist yoxdur deyirsinizsə və sadəcə bir snap izləyirsinizsə, onda yenə reklamlardan can qurtara bilmeyecəksiniz, çünki snap-ın bitdiyi yerdə reklam nümayiş olunacaq.

Eyni zamanda tətbiqdə yer alan Discover, bizim dildə desək Kəşf et bölümü, snapların aşağısında yerləşəcək. Snapchat-ın belə bir addım atması bəlkə də Instagram-da hekayələrin ən üstdə yer almasıyla bağlıdır.

Yenilənmə ilk əvvəl müəyyən qrup Android istifadəçilərinə, daha sonra bütün Android və iOS istifadəçilərinə təqdim olunacaq.