Snapchat eynəkləri qara bazarda 3.000$-a təklif olunur

93

Snapchat bir müddət əvvəl Spectacles adı verdiyi eynəyini satışa çıxardı. Google Glass-ın bənzəri olan Spectacles, istifadəçilərin telefona ehtiyacı qalmadan Snapchat tətbiqinin istifadəsini təmin edirdi. Üzərində 2 ədəd kameranın yer aldığı günəş eynəyinə bənzər Spectacles ilə telefon olmadan belə Snap çəkmək olur. Hətta çəkdiyiniz şəkli paylaşmaq imkanı da verilir.


 

Burda digər maraqlı məqam isə Spectacles adlı eynəklər sadəcə yerləri daim dəyişən Snapbot adlı satış nöqtələrində satılır. Qiyməti 129$ olan bu eynəklər satışa çıxdığı saatlarda satılıb qurtardı. Təbii ki, bu məhsula tələb bu qədər olduqda eynək eBay-ın qara bazarında yer aldı.

Qara bazarda 1.200$-dan başlayan 3.000$-dək davam edən bu eynəklər üçün eBay-da hətta daha yüksək təklif edənlər belə var.

 

Maraqlıdır, önümüzdəki günlərdə Snapchat satış strategiyası mövzusunda bir addım ata biləcəkmi?