main-post-cover

    Snapchat ilə səhv salındığı üçün hissələri 98% artan şanslı şirkət

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Snapchat ilə ad oxşarlığı olduğu üçün səhv salınan şirkətin hissələri hardasa 2 dəfə artdı.

    Sosial media tətbiqləri arasında ən məşhurlarından biri olan və məşhurluğu hər keçən gün artan Snapchat, bir müddətdir Facebook-un həm öz platforması həm də Instagram Messenger-də Snapchat xüsusiyyətlərini oğurlaması səbəbi ilə birjadakı böyüməsində problemlər yaşamışdı.
    Daha sonra isə sosial media nəhəngi, IPO(Initial Public Offering)-ya çıxış fikirlərini elan etmişdi. Lakin Snapchatın birjaya çıxacaq olması çox əlaqəsiz bir şirkətin ciddi dərəcədə işinə yaradı.
    Snapchat, birjaya çıxış proseduru üçün Amerika Fond və Qiymətli Kağızlar Bazarı Komissiyasına müraciət etmişdi. Lakin şirkətin hissələrinin birjaya çıxma tarixi olaraq Mart-Aprel ayları təyin edilmişdi. Bu səbəbdən də birjada Snapchat-ı səbirsizliklə gözləyən investorlar, ad oxşarlığı səbəbindən Snap Interactive şirkətinə investisiya axını ediblər.

    Bir neçə online tanışlıq tətbiqinin sahibi olan Snap Interactive-nin Snapchat ilə olan ad oxşarlığı, hissələrinin də ciddi dərəcədə artmasına yaradı. Bir çox investor Snap Interactive-in hissələrini satın aldığı üçün şirkətin hissə dəyəri 1 ayda 98% artdı.
    Əslində bu vəziyyət, bir növ Snapchat-a olan tələbin nə dərəcədə sıx olduğunun da bir nümunəsidir. Hazırda, ABŞ-da sosial media istifadəçilərinin 32%-i Snapchat istifadə etməkdədir. Eynilə Avropa ölkələrində də Snapchat oxşar faiz nisbətində istifadə edilir və olduqca məşhur bir tətbiqdir. Şirkətin hissələrinin satışa çıxması barədə hələki dəqiq bir tarix mövcud deyil lakin sosial media nəhənginin bu addımı nəticəsində 3 milyard dollardan çox gəlir əldə etməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər