Snapchat-ın sahibi Snap yeni şirkət aldı!

184

Snapchat tətbiqinin sahibi Snap şirkəti öz fəaliyyətini genişləndirmək niyyətindədir. Şirkət yeni bir texnologiya şirkəti, Flite-ı aldı.

Snapchat tətbiqinin sahibi Snap şirkəti, San Francisco-da yerləşən texnologiya şirkəti Flite-ı alıb. Recode-nin verdiyi məlumata görə Snap-ın bu şirkət üçün nə qədər pul ödəməsi məlum deyil. Flite şirkəti hal-hazırda bir çoxlarının diqqətini çəkən 360 dərəcə videolar, portret fotolar və s. bunun kimi işlər üzərində çalışan şirkətdir. Snap-ın belə bir addım atmasına səbəb isə Facebook-un Snapchat-a qarşı həyata keçirdiyi siyasətlə göstərilir. Əslində Snap şirkətinin gələcəkdə Facebook-la rəqabət apara bilməsi üçün belə şirkət alımı normal haldır. Çünki rəqabət şəraitində Facebook yeniliklər etdikcə Instagram daha irəli gedir. Bu isə gələcəkdə Snapchat istifadəçilərinin azalmasına səbəb ola bilər.


Maliyyə ilinin yekunlarına fikir versək Snap şirkəti 2016-cı il üçün 350 milyon dollar gəlir əldə edib. Belə olduqda Snap-ın Flite firmasını alması gələcəyə hesablanmış yatırım hesab oluna bilər.