“Snapchat”, Son Yenilənməsi ilə Daha Gözəl və Funksional Olacaq
Sosial Media
07.05.2017
Farid Pardashunas
Dizaynı, uzun müddət tənqid edilən "Snapchat”, yeni interfeysi və funksional bacarıqları ilə qarşımıza çıxır.
"Snapchat” daha bir böyük dizayn dəyişikliyi edir. Şəkil paylaşım tətbiqi, görünüşünü böyük ölçüdə dəyişdirəcəyi, böyük bir yenilənməyə imza atmağa hazırlaşır. Yeni Snapchat, beta versiyası ilə bəzi "Android” istifadəçilərinə artıq yenilənmə şəklində göndərilib. Son yenilənmə ilə Snapchat, dünyanın dörd bir yanında paylaşılan şəkilləri
və onların təsirləndirici hekayələrini danışacaq bir axtarış bölməsi yaradıb. Snapchat-ın Beta versiyasını istifadə edənlər, onu köhnəsindən daha praktik
hesab ediblər. İstifadəçilər artıq yenilənmədən sonra tətbiqdən daha səmərəli şəkildə
istifadə edə bilir və dostları ilə asan əlaqə qura bilirlər.
Snapchat uzun müddət qarışıq dizayn interfeysi səbəbi ilə
tənqidlərə məruz qalmışdı. Son yenilənmə, tətbiqin daha asan istifadəsinə imkan
tanıyır və istifadəçilərin menyular arasında itmək yerinə, tək bir toxunuşla hər
hansı birinə və ya şəkilə çatmasına şərait yaradır.
"Snapchat”-ın son yenilənməsinin "Android” versiyası qarşıdakı
günlərdə paylaşılacağı gözlənilir. iOS istifadəçiləri isə biraz daha gözləməli
olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək