main-post-cover

    Snapchat və Disney əməkdaşlıq edəcək

    Sosial Media
    07.05.2017
    Orkhan Karimov

    Böyük şirkətlər arasında rəqabət hər zaman davam etməkdədir. Rəqabət isə bazara yeniliklərin gətirilməsində böyük rol oynayır. Məhz buna görə də Snapchat, Facebook-dan geri qalmaq niyyətində deyil.

    Facebook, Snapchat-ın sahib olduğu bir sıra xüsusiyyətləri öz tərkibinə qatmaqda davam edir. Bunu nəzərə alan Snapchat isə yeniliklər etməyi, öz platformasını daha irəli səviyyəyə daşımağı öz qarşısına məqsəd qoyub.
    Snapchat mesajlaşma tətbiqi olsa da ancaq bu sahədə qalmaq niyyətində deyil. Yeni verilən məlumata görə Snapchat artıq Disney ilə əməkdaşlığa başlayıb. Disney ilə razılığa gələn Snapchat yeni bir xüsusiyyətini tanıda bilər. Artıq bir müddət sonra istifadəçilər Snapchat-da mini formatlı filmlər görə biləcəklər.
     
    Şirkət Disney tərəfindən hazırlanan filmi yayımlayacaq. Mini formatlı bu filmin adı "Watch Party: The Bachelor” olacaq. Filmin 3 yanvar 2017-ci ildə göstərilməsi nəzərdə tutulur.
    Filmin minimal, izləyicisinin isə maksimal olması gözlənilir. Amma verilən məlumatda bu nümayiş olunan filmlərin 24 saat sonra silinəcəyi bildirilir. Hər iki şirkət bu yenilikdən çoxlu gəlir əldə etməyi planlaşdırır. Layihənin isə nə qədər uğurlu olacağını gələcək göstərəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər