Snapchat yeni "Qruplar" xüsusiyyətini istifadəçilərə təqdim etdi

169

Snapchat-ın bir müddət əvvəl elan etdiyi xüsusiyyəti istifadəçilərə təqdim olundu.

Snapchat-ın uzun zamandan bəri gözlənən yeni funksiyası "Qruplar” istifadəçilərə təqdim olundu. Yeni xüsusiyyət sayəsində Snapchat istifadəçiləri maksimum 16 nəfərlik qruplar qura və burda müzakirələr apara biləcəklər.


Siz qura biləcəyiniz qrupa ad verə biləcəksiniz. Burda sizin göndərdikləriniz klassik Snapchat formatında olacaq. Yeni açdığınız və ya daxil olduğunuz qrupda paylaşdığınız snap-lər 24 saat sonra avtomatik olaraq silinəcək. Bundan əlavə qruplara etiketlər, Bitmojiker, Friendmojiler və səsli ya da videolu qeydlər göndərə bilərsiniz.


Həmçinin alt hissədə yer alan qayçı işarəsi rəsmləri istədiyiniz kimi kəsməyə şərait yaradacaq. Bir digər yenilik isə Shazam ilə əlaqəlidir. Artıq Snapchat üzərindən Shazam-ı istifadə edərək musiqi axtarışı edə bilərsiniz. Kamera ekranına klik edib saxladıqda axtardığınız musiqi tətbiqin Tənzimləmələr qismində yer alacaq. Hal-hazırda Shazam uyğunluğu sadəcə iOS cihazlara təqdim olunub. Amma qısa zaman sonra Android də gəlməsi gözlənilir.