Son dəqiqə: İdarəetməsini itirmiş kosmik stansiya Yer səthinə düşür

890

Çin höküməti təsdiq edib ki, bir neçə saat bundan öncə Tiangong-1 adlı kosmik stansiyanın idarəetməsi itirilmişdir.

İlkin proqnozlara əsasən kosmik stansiya hal-hazırda ləng şəkildə düşməyə başlayıb və 2017-ci ildə planetin məlum olmayan yeri ilə toqquşacaq. Kosmik stansiyada baş vermiş ilk problemlər haqqında məlumatlar Çinin öz ikinci kosmik stansiyası Tiangong-2-ni kosmosa göndərdiyindən sonra əldə olunub. "Technote.az”ın "Popmech.ru”a istinadən verdiyi xəbərə əsasən ilk stansiya 2011-ci ildə kosmosa göndərilmişdir. Güman olunurdu ki, 9 il ərzində Çin, orbitə kosmik aparatlardan ibarət çoxfunksiyalı kompleks göndərəcək. Tiangong-1 kosmik stansiyası isə həmin kompleksin bir hissəsi olmalı idi. Tiangong-1-in bütün bu iş dövrü ərzində onu sadəcə bir dəfə ziyarət ediblər. Bəzi mütəxəssislərin fikrincə stansiyadan telemetrik məlumatların ötürülməsinin dayanması hələ stansiyanın planetin səthinə düşəcəyi demək deyil. Onların fikrincə bir müddətdən sonra kosmik stansiyanın sistemləri idarəetmə mərkəzi ilə əlaqə yaradacaq. Onda stansiyanın idarəetməsini yenidən nəzarət altına almaq mümkün olacaq.