main-post-cover

    Son Dəqiqə: Instagram-da Azərbaycan üçün canlı yayım xüsusiyyəti aktiv oldu!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Artıq bir müddətdir Instagramda canlı yayım xüsusiyyəti əlavə edilib. Lakin yavaş-yavaş bütün dünya üçün aktiv edilən bu funksiya bu günə qədər ölkəmizdə işləmirdi.

    Bugündən etibarən Azərbaycanlı istifadəçilər də Instagramda canlı yayımlar verə biləcəklər. Bunun üçün istifadəçilər ən son Instagram yenilənməsini yükləməli və stories bölməsindən canlı yayım verməlidirlər.
     
    Canlı yayımlar hekayələr bölməsində izləyicilərinizə göstəriləcək və canlı yayım başladarkən onlara bildiriş mesajı gedəcəkdir. Eyni zamanda kəşf et bölməsində də izləmədiyiniz fərqli istifadəçilərin başlatdıqları canlı yayımları görə bilərsiniz. 
    Yeni xüsusiyyət, eynilə Storiesdə edilən video paylaşımlar kimi, istifadəçinin videoları qeyd etməsinə imkan tanıyır ancaq canlı yayım edilir. Videonun üzərində kiçik bir "Live/Canlı” ifadəsi yer alır.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər