main-post-cover

    SON DƏQİQƏ: iPhone 7 -nin qiyməti məlum oldu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Maraqla gözlənilən, iPhone 7 rəsmi olaraq ictimaiyyətə təqdim olundu. Canlı yayımda "Apple"ın təqdim etdiyi iPhone 7 haqqında rəsmi məlumatları "Technote.az" olaraq sizlərə təqdim edirik:

    iPhone 7  fərqli dizaynı ilə yayılan sızıntılardan sonra belə bizi təəccübləndirə bildi. iPhone 7, standart rənglərdən əlavə olaraq, Jet Black adlı fərqli bir rəng ilə gəlir və Paslanmaz poladdan olan "Apple" logosu diqqətləri cəlb edir. Və hərkəsin gözlədiyi xüsusiyyət "Suya davamlılıq", iPhone 7 və iPhone 7 Plus modellərinə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. iPhone 7 modelində Home düyməsi yenidən dizayn edilib və dizaynda iPod-dan ilham alınıb.
     
    IPhone 7



     
    iPhone 7 Plus-un iki arxa kameraya sahib olacağı sızıntıları doğru çıxdı. iPhone 7 kamerasının çox daha güclü olacağını bildirmişdik və bu xəbərimiz təqdimat mərasimində Tim Kuk-un dilindən doğrulandı. iPhone 7 kamerası 60 FPS, 4K Keyfiyyət ilə bizlərə təqdim edildi. Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq olacaq və fokuslanma çox daha stabil olacaqdır. Ön kamerası 7 MP olacaq iPhone 7-nin arxa kamerası 12 MP-dir. 

    IPhone 7 haqqında

    Retina Ekrana sahib olacaq hər iki modeldə daxili səs gücləndiricilər Stereo olacaq və daha yüksək səs keyfiyyətinə malik olacaqdır. Əvvəlcədən sizlərə çatdırdığımız kimi iPhone 7 və 7 Plus modellərində qulaqcıq girişi olmayacaq. Qulaqlıq girişi olmayan smartfona lightning girişli və ya uzaqdan qoşula bilən(Bluetooth) qulaqlıqlardan istifadə etməlisiniz. Təqdimat mərasimində iPhone 7-yə özəl hazırlanmış, lakin digər "Apple" məhsullarında da istifadə oluna bilən Bluetooth qulaqlıq da təqdim edildi. Bir neçə gün əvvəl bu mərasimdə təqdim edilə biləcəyini elan etdiyimiz "Beats solo 3 wireless" də təqdim edildi. 
    IPhone 7 qulaqcıqları

     
    Hərkəsin gözlədiyi yenilik 4 Nüvəli A10 çip hər iki modeldə öz əksini tapır. Bu çip A8-dən 2 dəfə A9-dan 40% daha güclüdür. Mərasimdə ağıllı telefonlarda istifadə edilən ən güclü prosessorun bu olduğu iddia edildi. Bu prosessor ilə ən güclü qrafikləri olan oyunları belə oynamaq mümkündür. Hətta beləki qrafik görüntülərin, Playstation 3-dən belə güclü olacağı iddia edilir.

     
    iPhone 7-nin Batareya ömrü iPhone 6-dan 1 saat daha uzun olacağı iddia edilir.

    Texniki xüsusiyyətlər

    IPhone 7

    IPhone 7 Plus

    iPhone 7 və iPhone 7 Plus qiymət və yaddaş həcmləri

    iPhone 7 - 649 dollar
    iPhone 7 Plus - 749 dollar

    IPhone 7 haqqında

    IPhone 7 Plus haqqında

    Linki kopyala