SON DƏQİQƏ: Techfall 2016 Hackathon müsabiqəsinin qalibi bəlli oldu!

1071

5 Noyabr səhər saatlarında "Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və "WoWoman” platformasının təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "TechFall 2016 Hackathon” layihəsinə 36 saat davam etmək üzərə start verilmişdi. 

"TechFall 2016 Hackathon” yarışmasında ilk yerin qalibinə Azercell və "PAŞA Bank”dan dəyərli hədiyyələr, 2-ci yerin sahiblərinə "Step IT” akademiyasından IT kurslarda 1 aylıq iştirak kuponu,3-cü yerin sahibinə isə Barama İnnovasiya və Sahibkarlıq mərkəzi tərəfindən dəyərli hədiyyələr təqdim ediləcəyini də əvvəlki xəbərlərimizdə sizlərə çatdırmışdıq.

6 Noyabr axşam saatlarında yekun verilən müsabiqənin qalibləri professional jüri heyəti tərəfindən bugün, 9 Noyabr tarixində keçirilən təqdimatlardan sonra bəlli oldu.

Bir neçə dəqiqə əvvəl elan edilən nəticələrə görə 1-ci yerin sahibi "Hello Hackathon" adlı komanda, 2-ci yerin sahibi "Hacksters" adlı komanda,  3-cü yer isə "Compilers" adlı komandadır. Sponsorlar tərəfindən hər üç komandaya ümumi 9 nəfərə hədiyyələr təqdim edildi. 


Belə bir layihədə iştirak edən bütün komandaların çox şey qazandığnı nəzərə alaraq hər birini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.