Sony, Britney Spearsin ölümü haqda məlumat paylaşdı

08.05.2017 0 PAYLAŞIM 5385 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Musiqi və kino dünyasının ən böyük istehsalçıları arasında yer alan Sony-nin yenidən hack olunması barədə xəbərlər yayılıb. Bu xəbərin əsas səbəbkarı isə dünyaca məşhur Britney Spearsdir.

Belə ki, bir müddət əvvəl Sony rəsmi hesablarından Britney Spearsın ölməsi haqda xəbər hamının diqqətini cəlb edib. Bütün dünya məşhur George Michaelin ölümü haqda yenicə xəbər almağa başlayanda Sony-nin Britney Spearsın öldüyü xəbərini paylaşması sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.


Amma təbii ki, xəbər doğru çıxmadı və xəbərlə bağlı paylaşılan tweet silindi. Şirkət daha sonra mövzu ilə bağlı açıqlama edərək qısa müddət ərzində sistem üzərində idarəni itirdiyini və bu arada belə bir xəbərin paylaşılmasına nəzarət edə bilmədiklərini açıqlayıb. Şirkət baş vermiş hadisəyə görə müğənnidən üzr istəyib. Yaşanmış hadisə və Sony-nin belə bir açıqlama ilə çıxış etməsi şirkətin yenidən hack olunmasına işarə ola bilər.