main-post-cover

    Sony, OLED ekranlı yeni telefonunu limitli sayıda satışa çıxaracaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gələn xəbərlərə görə Sony OLED ekranlı yeni flaqman telefonunu limitli sayda istehsal edəcək.

    Sony MWC 2017-də ağıllı telefon bazarında  nə qədər iddialı olduğunu Xperia XZ Premium ilə göstərdi. Əfsanə cihazın bəlkə də bütün flaqmanları  arasındakı tək əksiyi 4K keyfiyyətində bir ekrana sahib olmasına baxmayaraq OLED ekran texnologiyasınıdan istifadə etməməsi idi.
    MWC-nin bu il çıxan ən yaxşı telefon olaraq  seçdiyi Xperia XZ Premium-un xələfi olması gözlənilən bir cihaz üstündə işləyən  firma, bütün sektorun göz bəbəyi olan uzaq şərq bazarındakı çətin rəqabətə daha iddialı bir şəkildə daxil olmaq istəyir. Beləki mükafatlı və inqilabi bir cihaz istehsal etmək  bazarlarda üstünlük təmin etmək üçün kifayət etmir.

    Rəqiblərinin OLED ekran texnologiyasını istifadə etməsi  ilə yanaşı böyük  ehtimalla 2018-ci ildə gələcək yeni flaqmanı ilə  Sony də bu texnologiyaya keçid edəcək. Deyilənlərə  görə firma yeni cihazı çox gözlətmədən limitli sayda çıxararaq sürət qazanmağı planlaşdırır. Xüsusilə Çin və Yaponiyada Asiya markalarıyla ciddi bir rəqabət içində olması bu vəziyyətin Sony üçün nə qədər əhəmiyyətli olduğunu göstərir.
    Digər texniki xüsusiyyətləridə təmin edə bilən  ancaq  çox vaxtı olmayan firmanın məhdud sayda istehsal edəcək olduğu  OLED cihazı, özləri üçün Asiya bazarlarında bir varlıq-yoxluq vəziyyətinə çevrilmək üzrədir.
    Linki kopyala