main-post-cover

    Sony Pikachu smartfonu və texniki xüsusiyyətləri

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Sony-nin yeni ağıllı telefonu Pikachu-nu nə zaman təqdim edəcəyi və ya təqdim olunduqda adının Pikachu olaraq qalıb-qalmayacağı haqqında dəqiq bir məlumat olmasa da, artıq cihazın texniki xüsusiyyətləri ortaya çıxıb.

    GFXBench üzərində ortaya çıxan və hələlik Pikachu olaraq adlandırılan yeni ağıllı telefon,MediaTek MT6757 Helio P20 SoC prosessoruna və inç-lik ekran ölçüsünə sahib olaraq satışa çıxacaq. Cihazın ekranının1280x720 keyfiyyətinə sahib olacağını da bildrmək lazımdır.

    Cihazın RAM miqdarı 3GB, daxili yaddaş sahəsi isə 32GB olaraq təyin edilib və 21 MP-lik əsas kamera ilə yanaşı 8 MP-lik ön kamera ilə birlikdə Android 7.0 Nougat əmaliyyat sistemi yüklü olaraq qutudan çıxacaq.
    Pikachu olaraq adlandırılan bu model uzun zamandır haqqında müxtəlif şaiyələr eşitdiyimiz Sony G3112 modeli ola bilər. Çünki G3112 modelinin də Helio P20 prosessoruna sahib olacağı və ekran keyfiyyətinin 1280x720 olaraq təyin edildiyi danışılırdı.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər