main-post-cover

    "Sony" şirkəti öz yeni büdcəli smartfonu Xperia L1-i təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Sony” şirkəti öz yeni büdcəli smartfonu Xperia L1-ı təqdim edib.

    Deməli, Xperia L1, 5.5 inç HD ekran, 4 nüvəli MediaTek MT6737T prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), 2620 mAh enerji tutumlu batareya, avtofokus və LED işıqlandırma sistemli 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun şarj olunması üçün USB Type-C girişindən istifadə olunur. Bu cür xüsusiyyətlərə baxmayaraq smartfon, barmaq izi skanına sahib deyil. Cihaz, Android Nougat 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonda olan Smart Cleaner funksiyası, lazımsız fon tətbiqlərini bağlayır və keşi təmizləyir. Xperia Actions funksiyası isə istifadəçinin istədiyi kimi sistemin işini optimizasiya edir. Gələn ayın sonunda Xperia L1, bir neçə ölkədə satışa çıxacaq. Avropada isə onun qiyməti 200 avro təşkil edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər