drzeka zeka kartları

Sony Xperia XA (2017) smartfonun videosu sızdırıldı

08.05.2017 0 PAYLAŞIM 5583 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

TechLover HD adlı YouTube kanalında Sony G3121 smartfonunun prototipi əks olunmuş video təqdim olunub.

Müəllifinin sözlərinə əsasən videodakı smartfon, keçən il çıxmış Xperia XA-nın yeni modelidir. Qeyd etmək lazımdır ki, yeni modelin, MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir. Videoda təqdim olunmuş model məhz prototipdir. Buna sübut olaraq smartfonun arxa panelindəki yapışdırılmış xüsusi emblemi göstərmək olar. Xperia XA (2017), Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışacaq. Smartfonun əsas özəlliyi isə onun 23 MP-lik arxa kamerası olacaq. O, arxa korpusun yuxarı sol hissəsində yerləşəcək. Onun altında isə işıqlandırma sistemi olacaq. Korpusda barmaq izi skanına rast gəlinməyib. Söndürüb/yandırma düyməsi isə ənənəvi olaraq dairəvi formadadır. Bir söznən yeni model, 2013-cü model Xperia Z seriyasına bənzəyir. Ekranın kənar hissələrindəki çərçivələr çox nazikdirlər. Lakin yuxarı və aşağı hissələrin çərçivələri haqqında eynisi demək mümkün deyil. Təəssüflər olsun ki, smartfon haqqında digər məlumatlar hələki yoxdur.