Sony yüz minlərlə PS VR satır

294

Sony-nin virtual reallıq sektoruna ilk addımını atdığı PlayStation VR adındakı eynəyi böyük maraq görür.

Eynək indidən yüz minlərlə ədəd sifariş almış vəziyyətdədir. Sony-nin son dövrdə etdiyi ən əhəmiyyətli hücumlardan biri olaraq qəbul edilən PS VR virtual reallıq kaskı, uzun bir gözləyişin ardından bazara çıxarıldı. Şərhlər satışların olduqca yüksək səviyyədə irəlilədiyini göstərir.


Sony-nin Üstünlüyü Böyükdür

PS VR bilindiyi üzrə Sony PS4, PS4 Slim və PS4 Pro modelləri ilə uyğundur. Bu baxımdan əslində sistemi hazırdır. Təxminən 40 milyonluq PS4 istifadəçi bazası düşünüldüyündə potensialının da nə qədər böyük olduğu aydın olur. Elə buna görə də əhəmiyyətli hücumlardan biri olaraq qiymətləndirilir.Sony Avropa başçısı Jim Ryan tərəfindən edilən şərhə görə PS VR kaskı yüz minlərlə satılır. Ölkəmiz də daxil hələ də bir çox ölkədə modelin nə vaxt bazara çıxacağı dəqiqlik qazanmadı. Onsuz da dəbilqə bir müddətdir ön sifarişdə idi və maraq görürdü. Verilən rəqəmlər də ön sifarişlərə söykənir. Hazırda ön sifarişlərin göndərilməsi başladı ancaq normal satışlarda böyük bir stok çətinliyi olduğu ifadə edilir. Ehtimalla Sony də bu marağı təxmin etmirdi. İstehsalın ən erkən dekabr ayı və ya 2017 başlarında artırılabiləcəyi ifadə edilir.



Yalnız kaska üçün Sony-nin istədiyi qiymət 399 $-dır. Bu vəziyyətdə Move idarəedici, PS kamera kimi aksessuarlarınız yoxdursa əlavə olaraq bunları da almağınız lazımdır. Bunların olduğu və PlayStation World diskinin daxil edildiyi xüsusi paket isə 499 $-dır. Yəni paket almaq bir az daha qənaət etmənizi təmin edəcək. HTC Vive və Oculus Rift kimi dəbilqələr həm özü bahalı həm də bahalı bir sistem tələb edir. Bu da təxmini olaraq 1500 $ ətrafında bir xərc çıxarır. AMD və Oculus'un daha ucuz sistemlər üçün işləri davam edir ancaq bu da ən ucuz 900 $ səviyyəsinə qədər enə bilir. Bu baxımdan Sony PS VR bir addım daha qabaqdadır. Ölkəmizdə də paralel idxal yolu ilə 1000 AZN ətrafında kaskı tapmaq mümkündür.


 
    Polad Tağıoğlu
   Redaktor