main-post-cover

    "Sony"nin yeni çərçivəsiz smartfonunun ilk fotoları sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Sony” şirkəti, minimal kənar çərçivəli yeni model smartfon üzərində çalışır.

    Çox güman ki, yeni model, Xperia XA seriyasının davamı olacaq. Şirkətin yeni çərçivəsiz smartfonu haqqında hələki heç bir məlumat yoxdur. Əgər yeni model, Xperia XA seriyasının davamı olsa deməli sözügedən smartfon, büdcəli olacaq. Yeni smartfon haqqında heçnə bilinməsə də onun necə görünəcəyi artıq bəllidir. O, əvvəlki Xperia XA və yeni Xperia XZ-nin dizayner özəlliklərini özündə birləşdirəcək. Buna misal olaraq minimal kənar çərçivələri və iti bucaqları gətirmək olar. Bunlardan əlavə olaraq sızdırılmış fotolarda yeni smartfonun USB Type-C3.5 mm-lik audiogirişə sahib olduğunu görmək olar.

    Linki kopyala