main-post-cover

    Sosial media emosiyalarının tarixi: Keçmişdən bu günə

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Qlobal dil dedikdə ilk ağla gələn dillər beynəlxalq səviyyədə daha çox istifadə olunan ingilis, rus, ispan və s. dillərdir. Amma biz deyərdik ki, əgər bütün dünya bu qədər texnologiya ilə iç-içə yaşayırsa, onda qlobal dil olaraq alternativ dil emosiya dili də ola bilər. Çünki artıq sosial şəbəkələrin bu qədər artdığı dövrdə insanlar yavaş-yavaş daha qısa yolla daha çox mesaj çatdırmağa çalışırlar. Belə olan halda emosiyalar ən yaxşı vasitə hesab olunurlar. Təbii ki, öz ifadənizi qarşı tərəfə düzgün çatdırmaq istədiyiniz emoji seçimi də burda vacib rol oynayır.
    Maraqlıdır emosiyalar hardan gəlir? Emosiya sözü Yaponcadan "picture character-rəsim xarakterlər” anlamına gəlir. Burdan məlum olur ki, ilk emosiya 1995-ci ildə Yaponiyada hazırlanıb. Yapon şirkəti "Docomo" ilk dəfə ürək şəklində ikon dizayn etmiş və bunu bəzi cihazlarda istifadə etmişdir. 1998-ci ildə eyni firma hisləri anlatmaq üçün emojilər hazırlamış və bunu digital əlaqə kanallarında istifadə edib. 2010-cu ildə Unicode-a daxil edilən emojilər 2013-ci ildə emoji adı ilə Oksford Lüğətinə daxil ediliblər. "Apple" isə iOS-da 2011-ci ildə istifadəsinə start verib.
    Yəni heç bir xarici dili bilməsənizdə bu emosiyalar sizi vəziyyətdən azda olsa çıxara bilər. Amma emosiyalarla əlaqəli olan maraqlı bir məlumatda paylaşaq ki, Bruklində yaşayan bir gənc Twitter-də polisi ifadə etmək üçün silahlı emosiya istifadə etdiyi üçün tutulmuşdu.
    Aşağıdakı emosiyalarda insanlar sırf emosiyalardan istifadə edərək mesajlar yazıblar və heç də pis alınmayıb. Arada işarə dili normal dildən daha əyləncəli ola bilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər