Sosial media hesablarında yersiz rəylərdən can qurtarmaq üçün yeni proqram
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Artıq sosial medianın sıxıcı tərəflərindən olan reklam
və lazımsız rəylərin qarşısını almaq mümkün olacaq. "Yoghurt Network" tərəfindən
təqdim olunan "Comment Cleaners" adlı xidmət, artıq sizin sosial media
hesablarınıza edilən yersiz rəy və reklam təkliflərinə məhdudiyyət qoyacaq.
Əsasən böyük kütləyə malik brend səhifələrin
və şəxsi profillərin bu yeniliyə daha çox sevinəcəyi gözləniləndi. "Comment
Cleaners" vasitəsilə mənfi rəylər, söyüş xarakterli bildirimlər və mənasız
reklam təkliflərinin qarşısı alınmış olacaq.
Xüsusilə SMM ilə məşğul olan şəxslər bu
yeniliklə səhifələri daha effektiv istifadə edə biləcəklər. Böyük ehtimalla müəyyən
məbləğ qarşılığında Facebook və Instagram sosial hesablarının bundan istifadə
etməsi gözlənilir. Comment Cleaners haqda daha ətraflı məlumatı bu keçid vasitəsilə
ala bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ