Sosial media ilə futbolu birləşdirən maraqlı dizayn nümunələri

326

Parisdə yerləşən dizayn mərkəzi, istifadəçisi olduğumuz məşhur tətbiqlərin rəng və logolarını istifadə edərək forma dizayn edib.

Fransa hər zaman moda, ətir və şərabları ilə dünyada brend olmağı bacarmış bir ölkədir. Bu dəfə isə Parisdə yerləşən Graphic UNTD adlı dizayn şirkəti maraqlı bir yeniliyə imza atıb. Beləki, şirkət Facebook, Vine, Snapchat, Youtube və s. kimi tətbiqlərin rəng və logolarını istifadə edərək futbol formalarına xas geyim hazırlayıb. Dizaynlar olduqca göz oxşayan olmaqla yanaşı, sanki sosial medianın futbolla sintezini əks etdirir. Düzünü desək, bu formalar bəzi futbol komandalarının geyimlərindən daha yaxşı görünür.