main-post-cover

    Sosial mediada ən çox izləyici kütləsi olan məşhurlar elan olunub

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Apple Tree Communications" şirkəti müxtəlif sosial şəbəkələrdə aktivliyi ilə seçilən məhşurların reytinq cədvəlini açıqlayıb

    Apple Tree-nin verdiyi məlumata görə sosial mediada ən çox tələb görən şəxslərin başında məşhur futbolçu Kristiano Ronaldo yer alır.
     
    Belə ki, onun izləyici sayı 238 milyon nəfər təşkil edir. Bu isə reytinq cədvəlində liderlik edən kişi namizədlər arasında ən böyük kütləyə sahib olmaq anlamına gəlir. Bu cədvəldə yer alan xanım namizəd isə Teylor Svift hesab olunur. Belə ki, Facebook, Instagram, Twitter və digər sosial şəbəkələrdə onun izləyicilərinin sayı Ronaldo-dan da çox olub, 246 milyon nəfər təşkil edir.
     
    Siyahıda Tayloru 219 milyon izləyiciyə sahib Ketti Perri, 205 milyon izləyici ilə Selena Qomez və 190 milyon izləyicisi ilə Rihanna davam etdirir. Top 20-də yer alan insanın 13-ü musiqi sahəsinə, 60%-i qadınların siyahısında, 65% isə ABŞ-da yaşayan insanların payına düşür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər