main-post-cover

    Sosial Medianın Yeni Fenomeni: Təkərli oturacağa bağlanmış akvarium balığı

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Xəstə akvarium balığına aid görüntülər, ürək ağrıdacaq səviyyədədir. Yazıq akvarium balığının yaşaması üçün maraqlı bir fikir tətbiq olundu.

    Bəzən ən qaranlıq gecədəki bir işıq belə insanların ümidlərini artırır. Kiçik akvarium balığının vəziyyəti də göydəki o gümüş işığı təmsil edir. Sevimli akvarium balığı bir sistit (sidik kisəsi iltihabı) problemi yaşadığı üçün sahibi, onu yerli bir akvariuma apardı.
    Söz gedən sistit (sidik kisəsi iltihabı)problemi, parazitlər və bakteriyalar səbəbiylə meydana gəlir. Müalicəsi mümkün deyil, balıq sonunda tarazlığını itirir və akvariumun ən təpəsi və dibi arasında hərəkət etmək məcburiyyətində qalaraq bir istiqamətdən digər istiqamətə sovrulur. Bəzi hallarda balıq yan üzmə əziyyətinə uzun müddət məruz qalır. Təəssüf ki, sonunda yazıq balığın akvariumun dibində sıxışıb qalması halı mümkün ola bilir.

    Nəysə ki dünyada hələ çox yaxşı insanlar var. Akvariumda işləyən Derek, sevimli balıq üçün suya uyğun bir növ təkərli oturacaq inkişaf etdirdi. Derek-in inkişaf etdirdiyi sadə amma təsirli vasitə, sevimli balığın düzgün üzməsini təmin edir . Derek "İnsanların anbarlarında istifadə etdikləri hava yolu xortumlarını aldım və balığın ətrafına yerləşdirdim. Bu quruluşu dəstəkləmək üçün "təkərli oturacaq”vəzifəsi görən bəzi valfler əlavə etdim.” Açıqlamasını verdi.
    Derek-in dostu Taylor Nicole Dean heyvanlarla əlaqədar videolar yayımlayır və 300.000dən çox izləyicisi olan bir Youtuber-dir. Dean, kiçik balığın görüntülərini yayımladığı anda sosial mediada sanki bir partlama yaşandı. İstər Twitter, istər YouTube-da bəyənmə rekordları qırıldı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər