Sosial şəbəkələr və brend strategiyası. 6 vacib xüsusiyyət

226

Günümüzdə sosial şəbəkələrdə inkişaf daha qəliz və unikal olur. Belə ki, bu şirkət kanalları ilə işləyənlərin sayı getdikcə artır. Uğurlu marketoloqlar üçün sosial şəbəkələr müasir təşkilatların irəliləyiş gücüdür. Lakin bəzi rəhbərlər hələdə sosial sahələrə şübhə ilə yanaşırlar. Hətta dünyanın ən məşhur şirkəti "Apple” belə yalnız son zamanlarda SMM-ə diqqət ayırmağa başlayıb. Lakin digər böyük şirkətlər bu sahəni 2006-2007-ci illərdən mənimsəməyə başlayıblar. Düzü o zamanlar sosial şəbəkələr marketinq strategiyasına olan bir əlavə idi. Lakin indiki dövrdə hər şey dəyişilib. Bu məqaləmizdə 2016-cı ildə brend strategiyasına təsir etmiş 6 sosial şəbəkə xüsusiyyətlərinə nəzər salacağıq.

Pullu reklam

Sosial medianın 90%-i targeting vasitəsilə brend məlumatların pullu yayılması üçün əla sahədir. Bundan əlavə olaraq sosial şəbəkələr hansısa brendin, öz müraciətlərinin müxtəlif formatlarda (video, mətn, foto) test etməsi üçün əlverişli şəraitdir. Bu baxımdan sosial şəbəkələr televiziya üzərindən reklamlardan çox üstündür.

Marketinq təsiri

Son bir neçə il ərzində marketinq təsirinin gücü getdikcə artmaqda davam edir. Bunun əsas səbəbi isə sosial şəbəkələrin inkişafı ilə bağlıdır. Yalnız bu sahələr auditoriya ilə şəxsi əlaqə yaratmağa və ümumi maraqlarla birləşmiş insanlara təsir etməyə imkan verir. Bu üsul milyonlarla istifadəçi kütləsinə eyni tərz ismarıcların göndərilməsindən daha effektivdir.

Test sahəsi

Sosial şəbəkələr müxtəlif təcrübələrin aparılması üçün əsl laboratoriyaya bənzəyir. Ən məşhur brendlər auditoriya arasında nəyin maraq oyadacağını nəyinsə maraq dairəsinə daxil olmayacağını müəyyənləşdirmək üçün müxtəlif ideyaları sosial şəbəkələrdə test edirlər. Instagram təkcə foto paylaşmaq üçün servis deyil, həmdə müasir dövrün ən yaxşı və kreativ laboratoriyası hesab olunur. Snapchat isə təkcə aktual ünsiyyət üçün bir sahə deyil, həmdə hərəkət edən fotolarla təcrübələrin aparıldığı bir yerdir. Əgər siz sosial şəbəkələrdə test etməkdən imtina edirsinizsə onda real istifadəçilərin fikirlərini əldə etməkdən özünüzü məhrum edirsiniz.

Şaquli fotolar və live-videolar

Son trendlərin böyük bir hissəsi sosial şəbəkələrdə istifadəçi təcrübəsini artırmaq cəhdidir. Əgər siz ilk növbədə sosial şəbəkələrə və mobil platformalara yönəlmiş məhsul istehsal etmədən innovativ qərarlar yaratmağa cəhd edirsinizsə onda siz böyük istifadəçi kütləsinin marağını cəlb etməkdən və onlardan ola biləcək aktual fikirlərdən özünüzü məhrum etmiş olursunuz.

Sosial dinləmələr

"Coca-Cola” və "Pepsi” kimi böyük brendlər sosial şəbəkələrdə öz barələrindəki fikirlərə səbəbsiz yerə diqqət yetirmirlər. Onlar, insanların həmin brendləri hansı sözlərlə təsvir etdiklərini analiz edirlər. Məsələn "Coca-Cola” fikir verdi ki, insanlar çox zaman brendin adını pizza ilə yanaşı çox istifadə edirlər. Məhz buna görə şirkət pizza satılan bir çox restoran və kafelərlə marketinq müqavilələri bağlamağa başladı. Sosial dinləmələrdən yüksək miqdarda faydalı məlumat əldə etmək olar. Lakin bir çox şirkətlər hələdə bundan istifadə etmirlər.

Müştərilərlə qarşılıqlı münasibət idarəsi

Müştərilərlə qarşılıqlı münasibət idarəsi və müştərilərin dəstəklənməsi günü-gündən sosial şəbəkələrlə sıx bağlı olur. Bununla yanaşı təkcə müştərilərin operativ dəstəklənməsi ilə yanaşı onların müraciətlərinin analizi də sizin binesinizi və brend mövqeyinizi möhkəmləndirəcək. Belə ki, sizin narazı müştəriləriniz özünü təkmilləşdirmək üçün yaxşı mənbədir.

Sosial şəbəkələr son vaxtlarda brendin inkişafında ən mühüm rolu oynamağa başladı. Məhz buna görə bu istiqamətə lazımi diqqəti ayıraraq ondan istifadə edib şəxsi strategiyanı möhkəmləndirmək lazımdır.