main-post-cover

    "SpaceX", Ay ətrafına uçuşun neçəyə başa gəlməsini açıqlayıb

    07.05.2017
    Farid Pardashunas

    Bir neçə vaxt bundan öncə məlum oldu ki, "SpaceX” şirkəti 2018-ci ildə Aya iki nəfəri göndərəcək.

    Güman olunurdu ki, həmin iki şəxs, kosmik turist olacaq və onlar Dragon 2 adlı kapsul vasitəsilə Aya uçacaqlar. İndi isə bu xəbər təsdiqlənib. Bundan əlavə, Aya uçacaq iki şəxsə bu səyahətin neçəyə başa gələcəyi də məlum olub. Şirkətin verdiyi məlumata əsasən Dragon 2 kapsulundakı bir yerin qiyməti 35 milyon dollar təşkil edəcək. Yəni, şirkət, sözügedən iki imkanlı şəxsdən ümumilikdə 70 milyon dollar əldə edəcək. Məlumdur ki, BKS-ə (Beynəlxalq Kosmik Stansiya) göndərilən hər bir kosmonavta görə NASA, 82 milyon dollar vəsait ödəyir. Bundan əlavə olaraq bir fakt da məlumdur ki, daxilində iki kosmik turistin olacağı Dragon 2 kapsulunu kosmosa aparacaq Falcon 9 Heavy raketi, "SpaceX”ə 90 milyon dollara başa gələcək. Bu isə o deməkdir ki, kosmosa uçuşun reallaşması üçün tələb olunan vəsaitin bir hissəsini şirkət öz üzərinə götürüb. Belə ki, sözügedən missiya turistik olmaqdan əlavə olaraq həmdə elmi araşdırma xarakterini daşıyır.
    Linki kopyala