“Spotify” istifadəçi datalarını 14 ölkədə Açıq Hava Reklam kampaniyasına çevirdi
Digər
07.05.2017
Farid Pardashunas
"Spotify”, bugünə qədərki ən böyük açıq hava kampaniyasında istifadəçi datalarından istifadə edərək 2016 ilini yumorla yola salır.
2016-cı
ilin sonuna yaxınlaşarkən musiqi arxivi "Spotify” da ilin bitişini böyük bir
açıq hava reklam kampaniyası ilə qeyd edir. Beləki "Spotify" istifadəçi datalarından yola çıxaraq maraqlı bir işə imza atır.
"Spotify”ın
New Yorkdakı kreativ komandası tərəfindən bir çox fərqli bölgələrdən gələn
fikirlərlə dəstəkləyərək yaratdığı bu konsept, "Spotify”ın bugünə qədər etdiyi ən
böyük açıq hava kampaniyasıdır. 14 ölkədə
reallaşdırılacaq bu kampaniya; ABŞ, İngiltərə, Fransa və Almaniya ilə başlayıb
daha sonra Yeni Zellandiya, Avstraliya, Argentina, Braziliya, Kanada,
Danimarka, İndoneziya, Meksika və İsveç kimi bir çox fərqli ölkəni də əhatə edəcək.
Kampaniyanın əsası marketoloqların çox yaxşı bildikləri "DATA”dır. "Spotify”ın
istifadə etdiyi bu Datalar isə ümumi deyil, o ölkənin mədəniyyətinə və gündəminə
dair lokal Datalardır. Məsələn, İngiltərədəki poster "Brexit” (Britain və Exit
sözlərinin birləşməsindən yaranıb, İngiltərənin Avropa Birliyindən ayrılmasını
ifadə edir) səsverməsinin keçirildiyi gün "It’s The End Of The World As We Know
It” mahnısını dinləyənlərə səbr etmələri barədə nəsihət verir.
İngiltərə
Hətta bəzi işlərdə lokallaşdırma çox daha dərinə gedib. Beləki, New Yorkdakı teatrların olduğu
yerdə bilet tapılması mümkün olmayan "Hamilton” musiqili albomunu 5376 dəfə
dinləyən şəxsə xüsusi olaraq səslənib və ondan bilet alıb ala bilmədiyini
soruşub. Şəkillərdən də görə biləcəyiniz kimi "Spotify”, Sevgililər günündə "Sorry”
mahnısına 42 dəfə qulaq asmış şəxsdən indi nə
etdiyini soruşur.
"Spotify”
İdarə Heyəti Rəhbəri Seth Farbman, bu kampaniyanın 2015-ci ildə etdikləri, ilə
musiqili mənada bir baxış təqdim edən kampaniyadan ilham aldığını deyir. Oradakı
datanın fərqli coğrafi bölgələr əsas götürülərək incələnməsinin maraqlı nəticələr
doğuracağının fərqinə varılması nəticəsində, izləyici davranışı ilə mədəniyyət
arasındakı əlaqəni vurğulayan bu kampaniya meydana çıxıb. Texnologiya və Big
Data-nı insanlaşdırmanın yumoristik bir yolunu təqdim edən kampaniyanın şüarı :"Thanks 2016! It’s been weird!” (Təşəkkürlər 2016! Qəribə bir il oldu!)
Yeni
ilə qədər davam edəcək kampaniya, şəxsə özəl "Spotify” istifadə datalarını əhatə
edən e-mail mesajları və sosial media məzmunları ilə də dəstəklənəcək.
ABŞ
Fransa
Almaniya
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ