main-post-cover

    Spotify üçün güclü bir rəqib gəlir

    Digər
    07.05.2017
    Farid Pardashunas

    İnternet radiosu Pandora, Spotify-a rəqib olacaq yeni bir xidmətin təqdimatını etdi. Bəs Pandora, Spotify-ı hansı nöqtələrdən çətin vəziyyətə salmağı planlaşdırır?

    İnternet radiosu Pandora, ödənişsiz musiqi dinləmək istəyənlərin tez-tez ziyarət etdiyi məkanlardan biridir. Ancaq ABŞ, Avstraliya və Yeni Zellandiyada xidmət verən musiqi servisi, bütün dünyaya açılacaq, ödənişli və ya reklamlı yeni bir xidməti meydana gətirmək üçün uzun müddətdir səy göstərirdi. 
    Bu məqsədlə daha əvvəl iflas etmiş Rdio servisini satın alan Pandora, indi Spotify-a rəqib bir servis hazırladığını və yaxın zamanlarda təqdim edəcəyinin xəbərini verdi.

    Süni zəkalı playlistlər

    2017-ci ildə təqdim ediləcək olan Pandora Premium adlı yeni servis, aylıq 10 dollar abunəlik haqqı ilə işləyəcək və çox güclü şəxsiləşdirmə xüsusiyyətlərinə sahib olacaq.
    İstifadəçi yeni mahnılar axtarıb playlist hazırlayarkən, Pandora Premium-un süni zəkası, insanın zövqlərinə uyğun mahnıları təklif edəcək və hətta bu mahnılardan avtomatik playlistlər hazırlamaq və ya mövcud playlistlərə avtomatik olaraq əlavə etmək mümkün olacaq.
    Pandora Premiumun axtarış xüsusiyyəti də çox geniş olacaq. Bir çox servis musiqi axtarış şəbəkəsini əsasən məşhurluğa görə sıralayır və çox detallara girmədən sonlandırır. Bu da hərkəsin eyni nəticələri almasına səbəb olur və çox məşhur olmayan mahnıların tapılması çətinləşir. Pandora Premium ilə mahnıları çox detallı kriteriyalara görə axtarmaq mümkün olacaq, beləcə istifadəçilər daha əvvəl eşitmədikləri mahnıları kəşf etmək imkanına qovuşacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər