main-post-cover

    "Spotify"da pullu qeydiyyatdan keçənlərin sayı açıqlanıb

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    2016-cı ilin iyulunda Spotify musiqi portalının il ərzində auditoriya xidməti 25 milyon artaraq 100 milyona çatıb. Martda kampaniya məlumat vermişdi ki, pullu qeydiyyatdan keçənlərin sayı 30 milyon təşkil edir. İndi isə bu rəqəm 40 milyona çatıb. Bu haqda məlumatı Daniel Ek öz Tweeter səhifəsində paylaşıb.

    Spotify-ın əsas rəqiblərindən olan Apple Music-in rəhbəri Tim Kuk bu ilin 7 Sentyabrında açıqlama edərək, qeydiyyatdan keçənlərin sayının 17 milyona çatdığını bildirib. Xatırladaq ki, Apple Music 2015-ci ilin iyun ayında istifadəyə verilib və həmin vaxtdan istifadəçilərin sayı 6 milyon artıb.
    Spotify servisi 2006-cı ildə təsis edilib. Lakin layihə hələ də gəlir baxımından xeyir gətirmir. 2015-ci ili şirkət 184.5 milyon avro ziyanla bitirmişdir. Belə ki, şirkət öz gəlirinin çox hissəsini müəllif hüquqlarına sərf edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər