main-post-cover

    Startapçılar böyüməyə fokuslanmazdan əvvəl nə etməlidirlər?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Startapçılar üçün sürətli böyümənin nə qədər vacib olduğu məlumdur. Ancaq hər şeydə olduğu kimi böyüməkdə də düzgün zamanda ara vermək lazımdır. Sam Altmanın son yazısı da tam olaraq bu mövzuya barmaq basır. 

    Y Combinator-un rəhbəri Sam Altman, "Before You Grow" yəni "Böyüməzdən Əvvəl"  başlıqlı yeni yazısında startupçıların böyümə addımlarını atmazdan əvvəl etməli olduqları vacib bir iş olduğunu deyir: Sevilən bir məhsul hazırlamaq. Altmana görə istifadəçilərin sevəcəyi bir məhsul hazırlamaq, əminliklə böyüməyə fokuslanmazdan əvvəl atılmalı olan bir addımdır və bunun əksini etmək startapçıya baha başa gələ bilər.
    Təcrübəli startup mütəxəssisi, startupçılara istifadəçiləri tərəfindən  xüsusilə seviləcək bir məhsul hazırlamalarını məsləhət görür. Bu yazıda böyümək üçün atılan addımların mütləq lazımlı olduğu deyilir, lakin yaxşı bir məhsul hazırlamadan geniş bir istifadəçi/müştəri kütləsinə çatmanın doğuracağı mənfi nəticələrə də toxunulur. Altmana görə sevilən bir məhsul hazırlamadan əvvəl çox sayda istifadəçi qazanmaq, daha sonra düzəldilməsi çətin problemlərə səbəb ola bilər. Beləliklə ilk edilməli olan kifayət qədər istifadəçini cəlb edərək sevilən bir məhsul hazırlamağa fokuslanmaqdır. Altman, əgər məhsulunuz yaxşı deyilsə, istifadəçilərin qapıya qədər gəlib geri qayıdacağına və ya içəridə çox qalmayacağına işarət edir. 

    Utanılacaq məhsul yoxsa qürur duyulacaq məhsul?

    "LinkedIn" Co-founderi Reid Hoffmanın "Əgər məhsulunuzun ilk halından utanmırsınızsa gec qalmısınız" fikri çox məşhurdur. Sam Altman bu sözə istinad etməsə də belə demək olarki "böyümək fikrindən əl çəkməmənin" düzgün olmadığının da altını çizir. "Facebook"un qulaqdan-qulağa yayılaraq böyüməyə başladığını və "Airbnb"nin insanların sevəcəyi bir hala gələnə qədər 1000 gün ( təxminən 3 il) xərclədiyini deyir. Bu səviyyəni tutduqdan sonra da həddən artıq böyüdüyünü əlavə edir. 
    Hətta o qeyd edir ki, Sergey Brin və Larry Page-in çox məşhur olmazdan əvvəl "Google"un alqoritmlərini mümkün olduğu qədər yaxşılaşdırmaq istədiklərini xatırlayıram.

    "Əvvəlcə yaxşı bir məhsul hazırlamağa fokuslanın" 

    "Nə qədər uzun çəkərsə çəksin, tövsiyyə edilən bir məhsul hazırlamağa çalışın" deyən Sam Altman, yaxşı bir məhsul hazırlandığında böyümənin də daha asan olacağını deyir. Böyümək üçün ilkin mərhələdə orqanik olmayan/ödənişli marketing kanallarını istifadə etmənin düzgün olmadığını, bunun üçün investisiya alınmasının düzgün olmadığını da vurğulayır. Beləliklə daha işin əvvəlində olan amma Y Combinator-a gəlib "böyümək üçün investisiya almalıyıq" deyən/deyəcək olan startapçılara da salam göndərmiş olur.
    ABŞ-dakı startapçıların yaxşı bir məhsul hazırlamaq üçün daha böyük bir rəqabət halında olduğu məlumdur amma Sam Altmana hardasa tamamilə qatıldığımı deyə bilərəm. Bu baxış bucağını "yüksəlməyə başlamazdan əvvəl ağırlıqlardan qurtulmağa çalışmağ"a bənzətmək də səhv olmaz. Ölkəmizdə də yaxşı məhsul hazırlamağın üstünlüyünü çatdıra bilsək, daha sağlam startapların gələcəyimizi gücləndirəcəyinə dair inancım olduqca çoxdur.
    Mənbə: Webrazzi.Com
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər