Startapçılar toplanmış vəsaiti hara xərcləyiblər? Maraqlı təfərrüatlar
Digər
07.05.2017
Farid Pardashunas
Səs salmış "Skully” startapının təsisçiləri Markus Veller və Mitçell Veller-i "Indiegogo” sosial investisiya platforması ilə yığılmış vəsaitləri başqa niyyətlər üçün xərclədikləri ilə ittiham ediblər. Keçmiş işçilərə qarşı ittihamı şirkətin köhnə əməkdaşı Elizabet Feytxauer qaldırıb.
Onun sözlərinə görə Veller qardaşları yığılmış vəsaitləri öz
şəxsi ehtiyacları üçün xərcləyiblər. Bura bahalı idman avtomobillərinin
(Lamborghini, Audi R8, Dodge Viper) alışı, gecə klublarına getmələr, səyahət və
yüksək səviyyəli mülkiyyətin icarəsi daxildir. "2015-ci ilin payız fəslində
Markus Veller və Mitçell Veller qaytarılması qeyr-mümkün olan Bermuda adalarına
səyahət bronlaşdırmışdılar. Markus Veller Bermuda adalarından narazı qalaraq
bir gün içərisində şirkətin hesabına Havay adalarına birinci sinif uçuşla tur
almışdır” – deyə Elizabet Feytxauer bildirib. Technote.az-ın "Thenextweb.com”
saytına istinadən verdiyi xəbərə əsasən bütün bunlardan sonra Veller qardaşları
San Francisco körfəzinin nüfuzlu rayonlarından birində özləri və ailə üzvləri
üçün evlər kirayələmişdilər. Elizabet-i isə bütün bu xərclərin şirkətin təminatı
kimi qeyd etməsində məcbur ediblər.
Qeyd edək ki, 2014-cü ildə "Skully” startap-ı "Indiegogo” platformasında
əsl səs-küyə səbəb olmuşdu. Startap bir sutka ərzində 1 milyon, vəsaitin
toplanma kompaniyası çərçivəsində isə 2.5 milyon dollar yığa bilmişdir.
Startapın məqsədi isə virtual reallıq texnologiyalarını özündə birləşdirən AR-1
adlı "ağıllı” motosiklet dəbilqəsi yaratmaq idi. Onun yaradıcılarının ideyasına
əsasən cihaz, sürəti, naviqasiyanı və yol haqqında digər məlumatları dəbilqənin
şüşəsinə əks etdirməli idi. Lakin 2 il bundan öncə AR-1 cihazını ön sifariş
etmiş istifadəçilər Veller qardaşlarının ixtirasını əldə edə bilmədilər. Bu
ilin yay fəslində "Skully”-nin vəsaiti bitdi. Direktorlar şurası şirkətin təsisçilərini
işdən azad edəndən sonra startap layihəsini demək olar ki, hamı tərk etdi. Nəticədə
bir neçə gün bundan öncə şirkətin bağlanması haqqında rəsmi məlumat verildi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ