main-post-cover

    "StartersHub", "Smart Moderation"a 2,5 milyon dollar investisiya yatırdı

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bazara yeni girmiş startapları qlobal bazarlarda yüksəltmək istəyən, Türkiyənin StartersHub investisiya şirkəti, son investisiyasını "Smart Moderation"a etdi.  

    "Smart Moderation", Facebook və Instagramda istənməyən şərhləri avtomatik olaraq gizlətmək xidməti təklif edən bir startapdır. Bu startap, dünyanın ən məşhur brendlərinin də  içində olduğu profillərə xidmət verir və bu hesabların paylaşımlarına gələn milyonlarla şərhi real zamanlı idarə edə biləcək bir tətbiq əsasında işləyir. Sistemdə istənməyən reklam (spam), söyüş və ya təhqir yazılan şərhlərdən əlavə, "trolling", "flashmob" hücumları üçün də real zamanlı avtomatik gizlətmək xidməti mövcuddur.
     

    "Technote.az"ın, "Webrazzi"ə istinadən verdiyi məlumata görə, StartersHub investisiyası "Smart Moderation" üçün 2.5 milyon dollar üzərində baş tutmuşdur və startapın qlobal bazarda böyüməsinin sürətləndirilməsi hədəflənir. "Smart Moderation", "Facebook"  tərəfində səhifə, reklam, canlı video və şərh əlavəsi üçün, Instagram tərəfində isə profil və reklamların altına yazılan istənməyən şərhləri gizlədir.
    "Smart Moderation", 5 ay içində aralarında məşhur brendlərin və Türkiyədəki məşhur sənətçilərin də yer aldığı 200 sosial media profilini idarə edir. Hazırda gündəlik 1.5 milyondan çox şərhə nəzarət edən sistem, mobil tətbiqini Sentyabr ayında App Store-da paylaşıb. 
    "Smart Moderation", sosial media platformalarındakı söyüş filtrlərində olduğu kimi söz əsaslı işləmir. Bir insan kimi düşünərək, mətnləri bütün olaraq mənalandıraraq qərar verir. "Smart Moderation" komandası, bu süni zəkanın istifadəçinin öz profilində şərh gizləmə və silmə davranışlarından öyrənə bildiyini və hər istifadəçi üçün zamanla özünə aid bir filtrləmə istedadına sahib olduğunu bildirirlər. Bu xüsusiyyəti ilə də rəqiblərindən fərqləndiyini iddia edir. 
    İnanılmaz sürətlə artan sosial media şərhləri üçün bu tip vasitələrin faydalı olduğu hərkəsə məlumdur. "Smart Moderation"ın belə bir sahədə böyümək üçün qlobal bazarı hədəfləməsi kifayət qədər məntiqlidir. 
    Linki kopyala