main-post-cover

    Startup Toolkit: Startapçılar üçün faydalı olacaq interaktiv mənbə

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Hələ yola yeni çıxmış startapçılar üçün internetdə asanlıqla tapıla bilinəcək "necə edilir” məzmunu var. Lakin ehtiyacınız olan hər mövzuda axtarış aparmaq biraz vaxt itkisi sayıla bilər.

    Startup Toolkit də bu nöqtədə köməyinizə çatır və interaktiv formatı ilə bu mövzuda nəzərdən keçirməyə dəyər bir mənbə rolunu oynayır.
    Startup Toolkit, startapınıza faydası olacaq bir işi necə edə biləcəyinizi ən gözəl formada izah edir. Bir çox mövzularda ətraflı bir məqalə, bir video və hazır bir layihə nümunəsi təklif edir.

    Beləliklə bir startapçı üçün ən vacib şey olan "hərəkətə keçmə” qismində gözəl bir bələdçi rolunu oynayır. Görüntülü layihə idarə vasitəsi Casual.fm tərəfindən hazırlananStartup Toolkit, hazırda aşağıdakı 8 suala cavab verir və fərqli mənbələrdən gələcək dəstəklərlə zamanla bu sayı daha da yüksəltmək istəyir.
    1. Bir startap mətbuatda necə tanıdıla bilər?
    2. Kickstarter kampaniyası necə başladılır?
    3. Onlayn platformalardan necə trafik çəkilir?
    4. Sadə bir SEO kampaniyası necə edilir?
    5. İlk PPC kampaniyası necə edilir?
    6. Bloglamağa necə başlanılır?
    7. Tək sətir kod istifadə etmədən bir açılış səhifəsi (landing page) necə hazırlanır?
    8. A/B testi necə edilir?
    Product Hunt-da rast gəldiyimiz Startup Toolkit-in məzmunları sizində təxmin edə biləcəyiniz kimi İngiliscədir amma İngiliscə bilməyən oxuyucularımız da yenilənmiş Google Translate vasitəsilə bu məzmunlardan faydalanmağı sınaya bilər.
    Həmçinin startapların istifadə edə biləcəyi onlayn vasitələri siyahı halına salan Startup Collections-ı nəzərdən keçirməyinizi tövsiyyə edirəm.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər