main-post-cover

    Startuplar böhranda nələr etməlidir? ( TƏHLİL)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Dolların manat qarşısında bahalaşmasından yaxud manatın üzməsindən danışmayacam. Eləcə də bu vəziyyətin yaranmasında rolu olan siyasi və iqtisadi aspektləri təhlil etmək fikrim yoxdur. Real olaraq hazırda mövcud vəziyyət gərgindir. Ölkə olaraq batırıq. Bu vəziyyəti əvvəllər ekspertlər 50 il sonra üçün proqnoz edirdilər və əsas gətirirdilər ki, Azərbaycanda neft ehtiyyatları tükənəndə ölkədə iqtisadiyyat çökəcək. Bizim məqsədimiz isə növbəti 50 il üçün iqtisadiyyatı şaxələndirmək və istehsal ənənəsini formalaşdırmaq idi. Lakin indi vəziyyət bir qədər fərqlidir. 50 il sonraki vəziyyət bizi hazırlıqsız yaxalayıb. Oğul istəyirəm ki, boş-boş hakimiyyəti söyüb, Amerika və Rusiya münasibətlərini müzakirə etməkdənsə ölkəyə xarici valyuta gətirəcək fəaliyyətlə məşğul olsun. Tədiyyə balansında sözsüz ki, böyük ölçüdə kəsr var. Bunu bağlamaq isə sadəcə və sadəcə neft məhsulları istisna olmaqla xaricə məhsul çıxarmaq və ölkənin aktivlərini artırmaq üçün valyuta cəlb etməkdir. Elə isə, ölkə iqtisadiyyatının başının üzərini qara buludlar aldığı bir vaxta inkişafdan qalan və normal vaxtı can verən startuplarımız nə etməlidir? Adətən bu cümləni tez-tez eşidirik: "Böhran, startuplar üçün bir fürsətdir". Əvvəla onu deyim ki, bu cümləni eşidib qaza gəlməyək. Real məsələlər üzərindən düşünüb real işlər görmək çox vacibdir. Aşağıda qeyd edəcəklərim yerli startupların xarici valyuta qazanmasında mühüm rol oynaya bilər. Təbii ki, bunlar mənim fikirlərim və təkliflərimdir.


    Əvvəla yerli startuplarımızın layihələrini 2 kateqoriyaya ayıraq və bu kateqriyalar üzrə necə xarici valyuta qazanmağı araşdıraq.
    Qlobal layihələr: Ümumiyyətlə Azərbaycan startuplarında indiyə qədər gördüyüm qlobal layihələrin əksəriyyəti xarici saytların yaxud app-ların eləcə də xidmətlərin təkrarıdır. Belə bir vəziyyətdə hər hansı bir xarici layihəni lokallaşdırıb startup yaratmaq ölkə daxilində olan valyutanı kənara axıtmaqdan başqa bir şey deyildir.
    Fantastika və xəyallardan uzaqlaşıb qlobal səviyyədə minumum qazanc əldə edə biləcəyimiz real olan işlər var.


    Youtube: Azərbaycanda youtube mədəniyyəti olduqca kasıbdır. Abunə olmağı qoyaq bir kənara sanki bizim millətdə videoya baxmağa həvəs yaxud vaxt yoxdu. Azərbaycanlı youtuber deyəndə hamının beynində sual işarəsi yaranır. İlk təklifim youtube mədəniyyətini formalaşdırmaqdır. Lakin burada yerli bazarı nəzərdə tutmuram. Azərbaycanlı userlərlə youtubeda çətin ki, pul qazanasan. Təklifim hər hansı qlobal bir variant fikirləşməkdir. Bütün dünya davamlı olaraq səni izləsin. Milyonlarla baxışın olsun. Məsələn: yerli bir gamer tanıyıram, gameplayləri səssiz çəkir, kifayət qədər izləyicisi var və aylıq 400$ qazanır. Niyə də siz etməyəsiz? Techrax qrupu kimi nə isə sakitcə sındırıb pul qazanmağı kim istəməz? Fantastik düşüncələrə dalmaqdansa bu cür xırdalıqlara diqqət edib nəsə etmək olar.


    Şablonlar: Azərbaycanda kifayət qədər dizayner və developer var. Əksəriyyəti iş və müştəri axtarırlar. Sizin üçün yaxşı təklifim var. Themeforest-i yəqin ki, tanıyırsınız və belə bir çox sayt mövcuddur. Hansı ki, burada siz öz işlərinizi şablonlaşdırıb sata bilərsiniz. İntro, logo, webdizayn, background music və s. Bir işinizi 10$-a qoyun. 100 nəfər alsa 1000 dollarınız cibdədir. Buda 1550 manat edir. Həm özünüz qazandız həm ölkəyə valyuta gətirdiniz. Düzdür, cüzidir amma bir neçə nəfər bunu etsə ortaya çox yaxşı rəqəmlər çıxar.

     

    Oyunlar və tətbiqlər: Artıq baş işlətməyin vaxtıdır. Düşünüb ortaya ideya atıb nəsə etmək lazımdır. Bəzilərimiz fikir səsləndirməkdən çəkinirik, ideya verərəm oğurlayarlar prinsipi ilə. İndi vəziyyət pisdir, hamımız bir olub bundan xilas olmalıyıq. Reallaşdıra bilmədiyiniz ideyaları başqaları ilə bölüşüb ortaq işlər qurmağa çalışın. Metroda oynanıla biləcək yaxud adamı psixi xəstə edən hər hansı bir oyun sizə yaxşı pullar qazandıra bilər. Başqalarının ideyasın təkrarlamadan yaradılan  sadə və funksional app-lar kim bilir bəlkə xilas yolumuzdur.
    Bu siyahını uzatmaq olar, sizdə öz əlavələrinizi edə bilərsiniz.
     
    İndi isə biraz lokal layihələrdən danışaq. Hərçənd tərəfdarı olmasamda indiki vəziyyətdə lokal layihələr şirkətlərimizə dərman ola bilər. Dolların bahalaşması Facebook və Google-da reklamların qiymətini yüksəltdi. Artıq şirkətlər də ilk olaraq reklam büdcələrini azaltmağa başlayıblar. Belə bir vəziyyətdə yerli şirkətlərə reklam xidməti verən hər hansı app və yaxud sayt hazırlamaq ideal seçim olardı. Həm pul ölkədə qalar həm də qazanmaq olar. Qətiyyən ölkədəki valyutanı kənara axıdacaq lokal layihələr barəsində düşünməyin. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər