Dünyanın 16 Ölkəsində Fəaliyyət Göstərən "STEP IT Akademiya" Azərbaycanda!

729

İT (İnformasiya Texnologiyaları) ixtisasları üzrə yaxşı bir mütəxəssis kimi yetişmək dünyanın istənilən yerində sizə olan tələbatın artması deməkdir. Çünki sözün əsl mənasında artıq standart peşələr kənarda qalır və dövr İT dövrüdür. İT bazarı bütün dünya deməkdir. Siz xarici layihələr üzərində iş yerindən aralanmadan, yerli şirkətlərdə işləyərkən də çalışa bilərsiniz. Xarici kompaniyaların birində işə düzəlib xaricə gedə bilərsiniz və yaxud da azad mütəxəssis kimi istənilən ölkədən olan sifarişçilərlə işləyə bilərsiniz. Bu isə o deməkdir ki, "pula pul deməyəcəksiniz".  

Bəs İT mütəxəssisi olaraq yetişmək üçün hara müraciət etməlisiniz? 

"Technote.az" olaraq sizlərə bir neçə alternativ təklif edə bilərik ki, onlardan biri hətta birincisi "STEP IT Akademiya"dır.  STEP Kompüter Akademiyası – kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.  1999-cu ildən bəri dünyanın 16 ölkəsində, 41 Filial və  600 Müəllim ilə fəaliyyət göstərən Akademiyanın 20000-dən çox Tələbəsi mövcuddur və Akademiya müəllimləri, bu günə qədər 80000-dən artıq Mütəxəssis yetişdirib.
 

"STEP Kompüter Akademiyası" "Microsoft", "Cisco", "Autodeskşirkətlərinin səlahiyyətli təhsil mərkəzidir. Akademiyanın tələbələri təhsil müddətində beynəlxalq sertifikatlara ödənişsiz yiyələnirlər. Burada müəllimlər İT sahəsində çalışan təcrübəli mütəxəssislərdir. Onlar tələbələrə dərsliklərdə yazılmayan bilikləri verirlər.
 

Təhsil kursunun sonunda tələbələr STEP Kompüter Akademiyasının beynəlxalq diplomunu və tərəfdaşları olan nəhəng şirkətlərin beynəlxalq sertifikatlarını əldə edirlər. 2014-cü ildə STEP Kompüter Akademiyası Ukraynada Cisco şəbəkələr akademiyasının inkişafı proqramında göstərdiyi yüksək nailiyyətlərinə görə ən yaxşı Dəstək Mərkəzi və ən yaxşı Cisco təlimatçılarının hazırlıq mərkəzi adına layiq görülmüşdür. 
 
Daha ətraflı məlumat üçün "Step Kompüter Akademiyası"nın rəsmi saytına baxa bilərsiniz.