Stephen Hawking-in adından istifadə edərək insanları aldatdılar.

151

Binar xüsusiyyətli və yüksək riskli ticarət ilə bağlı olan saytın yaradıcıları məşhur fizik Stephen Hawking-dən istifadə edərək insanları aldadıblar.

Belə ki, dələduzlar, guya məşhur fiziklə olmuş saxta müsahibə tərtib ediblər. Bu üsulla isə onlar insanları öz saytlarına yönləndiriblər. Məlumata əsasən dələduzlar saxta müsahibə düzəldərək CNN-ə bənzəyən fake sayta yerləşdiriblər. Həmin saxta müsahibədə Hawking guya ki, özünün yaratdığı yeni alqoritmindən bəhs edib. Guya ki, həmin alqoritm, bazarda olan dəyişiklikləri və maliyyə sahəsindəki bərabərsizliyi öncədən təyin etməyə kömək edir. "Güman edirəm ki, mənim alqoritmim sayəsində artıq 10 ildən sonra insanlar arasında aşağı və yuxarı səviyyəlilər ilə fərq qalmayacaq” – deyə Hawking guya öz müsahibəsində qeyd edib. Saxta müsahibə ilə tanış olandan sonra istifadəçilərə alimin yeni ixtirası ilə tanış olmaq üçün hawkingcode.com saytına keçid etməyi təklif ediblər. Linkə daxil olandan sonra isə istifadəçilərə, gündəlik 1455$ gəlir əldə ediləcəyini söyləyən Hawking-in səsi peyda olurdu.