Stephen Hawking insanlığın nə zaman məhv olacağını açıqladı

660

Çətin ki, insanlar Yer kürəsində 1000 ildən çox yaşaya biləcəklər. Ona görə də onlar yeni ev üçün digər dünyaları müşahidə etməlidirlər.

Məşhur britaniyalı fizik və nəzəriyyəçi Stephen Hawking-in fikrincə insanlıq yeni dünyaları müşahidə etməyə başlamasa onda o, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalacaq. "Technote.az"ın "Mir24.tv"ə istinadən verdiyi xəbərə əsasən Oksford Universitetindəki mühazirəsi zamanı Hawking bildirib ki, insanlar çətinki Yer kürəsində 1000 ildən çox yaşasınlar. Onun sözlərinə əsasən bizim planet insanların fəaliyyəti ucbatından tab gətirə bilməyəcək. Məhz buna görə insanlar intensiv olaraq kosmosu müşahidə etməlidirlər. Bundan əlavə olaraq Hawking düşünür ki, Günəş sistemindən kənarda tədqiqatçıları böyük kəşflər gözləyir. "Bəlkədə günlərin birində biz Böyük partlayışın tam mərkəzinə baxmaq üçün qravitasiya dalğalarından istifadə edə biləcəyik. Kosmosda indiyənə kimi bir çox kəşflər edilmişdir. Lakin bu yenədə kifayət deyil” – deyə Hawking bildirib. Məşhur fizik həmçinin insanlığın məhvinə səbəb ola biləcək təhlükələri də açıqlayıb. Onun sözlərinə əsasən bu səbəblərin arasında nüvə müharibəsi, genetik quruluşlu virussüni zəka var.