Stiv Cobs öz beynini necə inkişaf etdirirdi?

1056

Stiv Cobs-un (Steve Jobs) əsas xüsusiyyətlərindən biri digərlərinin görə bilmədiklərini görmək idi.

Onun bunu necə etdiyini və beynini hansı üsul ilə inkişaf etdirdiyini sizlərə danışacağıq. Bir neçə müddət bundan öncə Stiv Cobs haqqında "Becoming Steve Jobs” adlı kitab işıq üzü görmüşdür. Onun müəllifləri kitabda Stiv Cobs-un həyatının bir çox anları barəsində danışıblar. Həmin anlardan bir çoxlarını siz birinci dəfə eşidəcəksiniz. Bəlkədə ən çox yadda qalan faktlardan biri o olub ki, şirkətin indiki CEO-su olan Tim Kuk vaxtı ikən Stiv Cobs-a öz qaraciyərinin bir hissəsini təklif etmişdi. Stiv isə bu təklifi hirsli bir şəkildə rədd etmiş və bunu heç vaxt etməyəcəyini bildirmişdir. Lakin baxmayaraq ki, bir müddətdən sonra o qaraciyər köçürülməsi əməliyyatına razı olmuşdur, bir çoxları düşünürdü ki, onun birinci səfərdən imtina etməsi inanclı olduğu din (buddizm) ilə əlaqəli idi.

Cobs-un əsl imtina səbəbini biz çox güman ki, heç vaxt bilməyəcəyik. Lakin onun şərq praktikalarına əsaslanaraq beynini məşq elətdirdiyi məlum məsələdir. Cobs stressdən azad olmaq və təfəkkürü aydınlatmaq üçün tez-tez düşünülmüş meditasiyadan istifadə edirdi. Bioqraf Uolter Ayzekson kitabda Cobs-un bu sitatını vurğulayıb. "Əgər sən oturub müşahidə etsən təfəkkürünün necə sonsuz olduğunu görərsən. Onu sakitləşdirmək istəsən əksinə hər şey daha da pis olacaq. Lakin bir müddətdən sonra təfəkkür özü sakitləşri və sən onu idarə etməyi öyrənirsən. Bu anda intuisiya oyanır və sən daha öncə görmədiyin kimi ətraf mühiti daha aydın görürsən”. Cobs dzen-buddistlərin və taoistlərin etdikləri meditasiya növünü təsvir edir. O həmin meditasiya ilə uzun illər ərzində məşqul olmuşdur. Bundan əlavə olaraq o bu meditasiya növünü o dərəcədə məşhurlaşdırdı ki, hətta "Google” və "Ford” kimi şirkətlər də öz əməkdaşlarını daimi əsasla meditasiya etməyi öyrətməyə başladılar.

Baxmayaraq ki, korporativ meditasiya qəribə səslənir, yenədə bunda bir özəllik və məna vardır. "Inc.com” saytının jurnalisti və redaktoruCeffri Ceyms, Cobs-un ölümündən öncə onunla görüşüb meditasiya mövzusunda söhbət etmişdir. O, Stiv Cobs meditasiya üsulunu belə təsvir edib.

1. Sakit bir yerdə oturun. Siz altınıza yastıq da qoya bilərsiniz. Belə daha rahat olacaq. Bir neçə dəfə dərindən nəfəs alın.

2. Gözlərinizi bağlayın və daxili monoloqunuza qulaq asın. Sizin beyniniz bir neçə müddət öncə olmuş əlaqəsiz hadisələri seçməyə başlayacaq. Məsələn televizorda baxılmış hər-hansı bir verliş, oxunmuş kitab, dostlarla söhbət və s. Bu prosesə mane olmağa çalışmayın.

3. Bunun yerinə sakit bir şəkildə fikirdən fikirə keçid edin. Bu meditasiyanı rituala çevirib gün ərzində 5 dəqiqənizi buna ayırın.

Bir müddətdən sonra siz öz daxili monoloqunuzu idarə edə biləcəksiniz. Bundan sonra daha təkmilləşdirilmiş praktiki üsula keçmək olar.

1. Artıq ağlınızda əlaqəsiz fikirləri duya bildiyiniz bir anda onları daha sakit bir vəziyyətə gətirin və onlardan uzaqlaşmağa çalışın.

2. Öz beyninizi azad edən zaman onun diqqətini, sizi əhatə edən səslərə, qoxulara, duyğulara yönləndirin. Bəlkədə siz dərinizə təsir edən küləyi və ya soyuducunun səsini başqa cür hiss edəcəksiniz. Bu isə sizin hər şeyi düzgün etməyinizə işarədir.

3. Meditasiyanı düzgün yerinə yetirməyinizin bir göstəricisi isə meditasiya zamanı vaxtın sürətlə keçməsidir.