Stiv Cobs-suz 5 il. Dahi şəxsiyyətin texnoloji sahəyə verdiyi töhfələr

408

2011-ci ilin Avqust ayında Stiv Cobs (Steve Jobs) "Apple”ın direktoru vəzifəsindən getdiyini elan etmişdi. 5 Oktyabr 2011-ci il tarixində isə Stiv Cobs Kaliforniyadakı evində mədəaltı vəz xərçəngi xəstəliyi səbəbindən vəfat etmişdi. Demək olar ki, 10 il ərzində Stiv xəstəliyi ilə mübarizə aparırdı. Bununla yanaşı Stiv xəstəliyinə baxmayaraq şirkəti idarə edirdi. Bunun nəticəsində isə həmin dövr "Apple” üçün çox uğurlu idi. Belə ki, məhz həmin illərdə şirkətin əfsanəvi cihazları olan iPhoneiPad satışa çıxmışdılar. Məhz Cobs-un və "Apple”ın sayəsində planşet kompüter bazarı sıfırdan təkamül yaşadı. iPad isə digər istehsalçılar üçün əlçatmaz planşet nümunəsi idi. 2003-cü ildə ona mədəaltı vəz xərçəngi diaqnozu qoyuldu. Həmin vaxtdan bütün dünya bu xarizmatik və dahi insanın öz həyatı uğrunda mübarizəsini izləyirdi. Cobs şirkətdən gedəndə bir çoxları inanmaq istəmirdi ki, bunun səbəbi onun səhhəti ilə əlaqədardır. Lakin bütün dünya artıq başa düşür ki, bu necədə böyük bir itki idi.

"O gələcəyin ixtiraçılarını, rəssamlarını, yazıçılarını ilhamlandırmış əsl dahi idi. Onun bu dünyanı tərk etməsi hamımız üçün böyük bir itkidir” – deyə İngiltərənin baş naziri Devid Kemeron bildirmişdir.

"Stiv nəhəng amerikalı innovatorların sırasında idi. O, tamam fərqli düşünmək və dünyanı dəyişməyə inanmaq üçün yetərincə cəsarətli idi. Bunu etmək üçün isə çox istedadlı biri idi” – deyə ABŞ prezidenti Barak Obama bildirmişdir.

Ölümündən 5 il keçməsinə baxmayaraq insanlar Stiv Cobs-u müzakirə edirlər. "Apple”ın təsisçisi elmin, sənayenin və ümumilikdə cəmiyyətin dəyişməsinə töhfə vermiş dahi insanların siyahısına qatılmışdır. Bəziləri onu günümüzün Nikola Tesla, Tomas Edison, Henri Ford-u kimi görürlər. Dahi alimlərə bənzər olaraq Stiv Cobs təkcə potensiala deyil, həmdə öz ideyalarının reallığa çevrilməsinə şərait yaradan imkan və can atma arzusuna sahib idi. Adı sadalanmış dahilərdən fərqli olaraq Stiv hələ sağ ikən insanların hörmətini qazanmışdır. Cobs təkcə bu və ya digər sənayenin inkişafına təsir etməkdən əlavə hətta onlardan bəzilərini təməl olaraq dəyişmişdir. Kompüterlər, filmlər, musiqilər və nəhayət telekommunikasiya. Baxmayaraq ki, siz onun xarakterinə nifrət edə bilər və rəqib şirkətlərin məhsullarını əldə edə bilərsiniz, Cobs-un sənayeyə verdiyi imkanları inkar edə bilmərsiniz.

"Apple”, kompüterləri kütləvi istehlakçı üçün nəzərədə tutulmuş məhsula çevirərək personal kompüterlər erasının başında dayandı. Yəqin ki, bir çoxlarınız bu məqaləni Windows əməliyyat sistemli kompüterlərdən oxuyursunuz. Lakin məhz Stiv Cobs qrafik istifadəçi interfeysi ideyasını inkişaf etdirən başlıca adamlardan biri idi. Keçən əsrin sonlarında isə o "Pixar” studiyasına qatıldı və rəqəmsal animasiya sahəsində əsl inqilab etdi. Həmçinin Cobs-u iPodiTunes yaradıcısı kimi adlandırmaq olar. Həmin məhsullar musiqi sənayesini tamamilə dəyişdi və bizim musiqi dinləmə anlayışımız üçün yeni imkanlar yaratdı. Baxmayaraq ki, bir çoxları Android cihazlarından istifadə edir, məhz iPhone yeni kateqoriya cihazların ilk nümunəsi idi. Əgər siz mobil texnologiyalar barəsində danışırsınızsa deməli Stiv Cobs haqqındada danışırsınız. Müasir dünyada elə bir mainstream (dəbə tez bir zamanda düşən və tez bir zamanda dəbdən düşən) məhsul yoxdur ki, Stiv Cobs-un hərəkətlərinə cavab və ya həmin hərəkətlərin nəticəsi olmasın. Stiv haqqında söhbətlər ona görə bitməyəcək ki, jurnalistlər onun haqqında mövzuları gündəmdə saxlamağa çalışırlar. Həmin söhbətlər bitməyəcək ona görə ki, onlardan qaçmaq qeyri-mümkündür.

Stiv Cobs özündən əvvəlki sənaye dahiləri kimi başa düşürdü ki, bizlər dünyanın necə fəaliyyət göstərdiyi haqda düşünmürük. Biz, insanların bunu necə belə çalışmasını təmin etdiklərini anlamağa çalışırıq. Bu o deməkdir ki, əgər sizin hansısa dünya cihazında nəsə xoşunuza gəlmirsə onda sizin onu yaxşı tərəfə dəyişməyə imkanınız və hüququnuz var. Stiv Cobs da məhz belə etdi. Bu dahi şəxsiyyətə olan diqqətin səbəbi ondadır ki, bizim hər birimiz Stiv Cobs-un mahiyyətini anlamağa çalışırıq. Biz özümüzü onun yerinə qoya bilmirik. Biz bilmək istəyirik ki, o bu cür nailiyyətləri necə əldə edib və biz həmin nailiyyətlərə necə çata bilərik. Hətta indidə özünü uğurlu insan hesab edən hansısa şəxs Stiv Cobs haqqında oxusa və onun həyati əqidələri ilə tanış olsa çox güman ki, məyus olmayacaq. Hər birimiz Stiv Cobs-un tarixində xeyirli bir şey tapa bilərik.