main-post-cover

    Su ilə hansı əşyaları kəsmək olar? (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Waterjet Channel adlı YouTube kanalın müəllifləri su ülgücü vasitəsilə müxtəlif əşyaları kəsib videoya çəkirlər.

    Onların bu vasitə ilə kəsdikləri əşyalar arasında kamera, bowling şarı və hətta iPhone 7 belə var. Materialın bu kəsilmə prosesi hidroabraziv kəsim adlanır. "Technote.az”ın "Hi-tech.mail.ru”a istinadən verdiyii xəbərə əsasən bu zaman materialların üzərinə abraziv tərkibli təmiz su yüksək sürət və təzyiqlə axıdılır. Təqdim olunmuş videonun müəllifləri hər bir kvadrat santimetrə 4000 kq ağırlıq verən su axınını əşyaların üzərinə yönəldirlər. Su ülgücü istehsalatda müxtəlif metalların emalında istifadə olunur. Bununla belə proses zamanı kəsim obyekti 90 dərəcədən yuxarı temperaturda qızmır.
    Linki kopyala