Süni zəka, 27 il bundan öncə itmiş uşağı tapdı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Üz tanıma texnologiyasından istifadə edən "Baidu” şirkəti, 33 yaşlı Çin sakininə öz ailəsini tapmaqda kömək edib.
Alqoritm, üz cizgilərini 99% dəqiqliklə qarşılaşdırır və
itmiş uşaqların tapılması məsələsində yeni həll üsulu təklif edir. 1990-cu ildə
6 yaşlı Fu Gui, məktəbdən evə qayıtmalı idi. Lakin onu oğurlamışdılar. Öz
uşaqlıq illərini Gui, yad ailədə keçirtmiş və öz adı ilə doğulduğu yeri
xatırlamamışdı. 2009-cu ildə o öz uşaqlıq fotosunu Baobeihuijia adlı saytda
paylaşmışdı. Bu sayt xeyriyyəçilik ilə məşğul olan təşkilat tərəfindən
yaradılıb və əsas məqsədi, vaxtı ikən itmiş uşaqların öz ailələrini tapmaqdır.
Bu ilin Yanvar ayında isə Gui-nin digər bir uşaqlıq fotosunu onun əsl atası Fu
Guanfa paylaşmışdı. Hər iki fotonun çəkildikləri zaman intervalları fərqli idi.
Fu Gui-nin paylaşdığı fotoda onun 10 yaşı, atasının paylaşdığı fotoda isə 4
yaşı var idi. Yaş fərqinin olmasına baxmayaraq "Baidu”nun üz tanıma
texnologiyası, uyğunluğu qarşılaşdırıb. Şirkət tərəfindən hazırlanmış alqoritm,
itmiş və ya oğurlanmış bütün uşaqların fotolarını saytda olan fotolarla
qarşılaşdırır. Fu Gui, "Baidu”dan fotoya və təsvirə uyğun variantları əldə
edib. DNT testi isə onun bioloji valideynlərinin kimlərin olduğunu dəqiqliklə təsdiqləyib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)