Süni zəka artıq arzulamağı da öyrəndi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Google” tərəfindən yaradılmış DeepMind adlı süni zəkaya arzulamağı öyrədiblər.
Bununla yanaşı sözügedən xüsusiyyətlə birlikdə süni zəkanın
işi də sürətlənib. Yeni sistem Unsupervised Reinforcement and Auxiliary
Learning Agent (qısası Unreal) adını alıb. O, DeepMind əsasında qurulub və ona
arzu etmək xüsusiyyətini imitasiya edən alqoritm əlavə olunub. "Technote.az"ın "Hi-tech.mail.ru"a istinadən verdiyi xəbərə əsasən sistemə Labirynth oyununu oynamaq təklif olunub. Qeyd etmək lazımdır ki, bu cür sistemlərdə
sözügedən oyun standart test kimi tətbiq olunur. Unreal oyunu digər sistemlərdən
fərqli olaraq 10 dəfə daha tez keçib. Daha sonra sistem "Atari” şirkətinin 57
keçmiş oyununu da oynayıb və eynilə yüksək nəticələr sərgiləyib. Beləliklə
Unreal-ın arzulamaq sistemi oyunları insanlardan 880% daha yaxşı oynayıb. Belə
ki, oyun zamanı Unreal arzu edirdi. Yəni sistem daha əvvəlki cəhdləri analiz edərək
oyunda xal toplayan anlara daha çox diqqət ayırırdı. Bu üsul ilə insanlar da
arzu edirlər. Belə ki, onlar pozitiv və neqativ halları analiz edirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!