main-post-cover

    Süni zəka Google Tərcüməni ələ keçirib!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google-un yeni istifadəyə verdiyi süni zəka haqqında məlumat vermişdir. Belə ki, DeepMind adlı bu süni zəka Google Tərcümə xidməti üçün nəzərdə tutulmuşdu.

    Gün keçdikcə süni zəka haqqında müxtəlif xəbərlər gəlməkdədir. Süni zəkaya sahib texnoloji vasitələr isə yaxın illərdə artıq həyatımızın bir hissəsinə çevrilə bilər. DeepMind da belə süni zəka texnologiyalarından biridir. DeepMind qısa müddət ərzində sınaqdan keçirilməsinə baxmayaraq artıq Google Tərcümə sistemini ələ ala bilib. Qeyd edək ki, bu süni zəka cəmi 5000 film izləməklə dodaqdan oxumanı tez bir zamanda mənimsəyə bilmişdi. Belə olan halda DeepMind-ın Google Tərcüməni tez bir zamanda inkişaf etdirməsi təəccüb doğurmur.
    Artıq bir çox dillərdə "təlim keçən” süni zəka başqa bir xüsusiyyəti ilə də diqqət çəkib. Mütəxəssislərin verdiyi məlumata görə DeepMind hətta bilmədiyi dillərdə belə tərcümə edə bilir.
     
    Buna misal olaraq Yapon-Koreya dilləri arasında qarşılıqlı tərcüməni göstərmək olar. Beləki, DeepMind yalnız İngilis-Yaponİngilis-Koreya dilləri üzrə təlim alsa da öyrədilmədiyi halda belə Yapon-Koreya dilləri üzrə tərcüməni həyata keçirə bilir. İlk övbədə yapon dilini ingilis dilinə çevirən süni zəka daha sonra ingilis dilini koreya dilinə çevirir. Beləliklə, yapon və koreya dillərini qarşılıqlı çevirə bilir. Bundan əlavə digər təəccüb doğuran məqam DeepMind-ın daimi olaraq internetdə araşdırma apararaq özünü inkişaf etdirməsidir. Hansı ki, hətta mütəxəssislər belə bu prosesin necə həyata keçirildiyini cavablamaqda çətinlik çəkirlər.
    Maraqlıdır qarşıdakı illərdə süni zəka texnologiyası daha hansı sürprizlərlə qarşımıza çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər